Dərs vəsaiti kimi tövsiyyə edilib. 3-cü nəşr Moskva: Akademik Layihə



Yüklə 0,73 Mb.
səhifə85/294
tarix10.01.2022
ölçüsü0,73 Mb.
#108047
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   294
Keçid dövrü modeli. 6

Keçid dövrü modeli sosial, siyasi və iqtisadi əlaqə və münasibətlərin yenidən strukturlaşdırılması vəziyyətində realizə olunur.

1990-cı illərdə dövlət sosial siyasət konsepsiyasının xüsusiyyəti onun “vətəndaşların həyat səviyyəsinin sabitləşdirilməsinə” istiqamətlənməsindən ibarət idi, halbuki əvvəlki illərdə o, istehlakın ictimai fondlarının paylanma və yenidən paylanma strategiyası üzərində qurulmuşdu.

Yeni sosial-siyasi reallıqlar aşağıdakı əsas məsələləri irəli sürdü:



  • əhalinin zəif müdafiə olunan qruplarına sosial dəstəyin ünvanlılığının gücləndirilməsi;

  • əsas sosial zəmanətlərin təminatı;

  • kütləvi işsizliyin qarşısının alınması;

  • məcburi miqrantların adaptasiyası və sosial dəstəyi.

Dövlət paternalizmininin xüsusi sahəsi kimi çıxış edən sosial sahədə səhiyyə, təhsil, mədəniyyət, yaşayış sahəsi, elm, fiziki tərbiyə və idmana aid bir sıra prioritetlər və strategiyalar nəzərdə tutulub.

Aparılan siyasətin çoxsaylı səhvləri və uğursuzluqları nəticəsində ictimai həyatın bir çox hadisələri vaxt keçdikcə durğunluq vəziyyətinə keçirlər, “sosial problemlər gərginləşir və cəmiyyətdə sosial-iqtisadiyyatın sabitlik və əmin-amanlıq üçün ciddi təhlükə yaradırlar”. Bununla bağlı əhalinin sosial xidmət sistemində artıq ümumi və dövlət tərəfindən təmin olunan sosial müdafiənin səviyyəsinin prinsiplərindən uzaqlaşma baş verir. Vətəndaşların əmək qabiliyyətindən və maddi təminatından asılı olaraq onlara differensial dəstək və sosial xidmət nəzərdə tutulur. Sosial xidmətin prioritet müəssisələri qeyri stasionar müəssisələr olmalıdır ( evdə təqdim olunan sosial yardımın xüsusiləşdirilmiş bölmələri, ailə və uşaqlara sosial xidmət müəssisələri və s.). Ödənişsiz sosial xidmət təsdiq olunmuş siyahıya uyğun olaraq ancaq əhalinin ayrı-ayrı qrupları üçün qorunub saxlanılır, əsas vurğu isə vətəndaşların vəsaitlərinin cəlb olunmasına istiqamətlənir.

SOSİAL QULLUQsosial xidmət qurumlarının və ayrı-ayrı mütəxəssislərin sosial dəstək üzrə, sosial-məişət, sosial-tibbi, psixoloji-pedaqoji, sosial-hüquqi xidmətlərin göstərilməsi, çətin həyat şəraitində olan vətəndaşların sosial adaptasiya və reabilitasiyası üzrə fəaliyyətidir.

Sosial ödəmələrlə bağlı islahatlar sahəsində bu ödəmələrin təqdim olunmasında vahid prinsiplərin və meyarların işlənib hazırlanması, müavinətin təyin edilməsində adam başına düşən ortalama ailə gəliri və s. nəzərdə tutulur.

Titmus tərəfindən təklif olunan sosial siyasət modellərinə yanaşmalara əsaslanaraq sosial siyasətin əsas yerli modellərini əks etdirən cədvəli təqdim etmək olar və bu cədvəldə həmin modellərin ən vacib xüsusiyyətləri də qeyd olunub.





Model 1

Model 2

Model3

Model 4

Model 5

Model 6

Siyasi məzmunu



Radikal

Mühavizəkar

Liberal

Sosialist

Demokratik

Əsas subyekt

Knyaz

Dövlət, kilsə

Yerli hakimiyyət, mesenatlar

Yerli hakimiyyət, sahibkarlar, xeyriyyəçilər

Dövlət

Dövlət, ailə

Təşkilatçı prinsip

Qalıq

Qalıq

Qarışıq

Qarışıq

Ümumi

Qarışıq

Yardım meyarları

Öz-özünə əmələ gələn, kult təsəvvürləri əsasında

Yaşamaq üçün vəsaitlərin qismən nəzərə alınması əsasında

Məşğulluq

Yaşamaq üçün vəsaitlərin nəzərə alınması əsasında

Əmək iştirakı və vətəndaşlıq əsasında

Əmək qabiliyyəti, maddi

təminat və vətəndaşlıq

əsasında


Maliyyə məsuliyyəti

Knyaz

Kilsə, dövlət

Yerli hakimiyyət, xeyriyyəçilər

Yerli hakimiyyət, xeyriyyəçilər, xeyriyyəçi təşkilatlar

Dövlət, müəssisələr

Dövlət, yerli hakimiyyət

Kompensasiyaların səviyyəsi

Aşağı

Aşağı

Aşağı

Orta

Yüksək

Orta

Əmək bazarında münasibətlər

Ənənəçilik

Xristian dövlət ənənəçiliyi

Məşğul olanlara və məşğul

olmayanlara bölgü



Ödənilməyən ictimai işlər

Ortalama

Məşğul olanlara,

məşğul olmayanlara və qismən

məşğul olanlara bölgü


Məqsəd





Peşəkar dilənçiliklə mübarizə

Pauperizmin ləvğ olunması

Gəlirlərin yenidən paylanılması

Gəlirlərin yenidən paylanılması,

yoxsulluqda bərabərsizlik



Variantlar









Məqsədyönlülük

Gəlirlərin dəstəyi


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   294




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin