ƏHALİYƏ SOSİAL QULLUĞUN İNZİBATİ İDARƏ EDİLMƏSİ VƏ ONA RƏHBƏRLİK EDİLMƏSİ – sosial dəyişikliklərə aparan, vətəndaşların problemlərinin həllinə təsir göstərən, sosial qanunvericiliyə və ehtiyacı olanlara dəstək proqramlarına korrektivləri daxil edən sosial hərəkətin xüsusi növüdür.
SOSİAL İNSTİTUT – müəyyən təşkilatçı strukturla əlaqəli olan normalar, əmrnamələr və tələbatlar məcmusudur və bu normalar vasitəsi ilə cəmiyyət insanların fəaliyyətinə nəzarət edir və onu tənzimləyir.
Bununla bərabər sosial iş insanlara öz institusional və sosial rol və statusları çərçivəsində ictimai əlaqələrdə optimal şəkildə fəaliyyət göstərmək imkanını təqdim edir. Sosial iş insan potensialını aktuallaşdırmağa imkan yaradır, özünü aktuallaşdırma isə sosial fəaliyyətdə təzahür edir, bu isə ictimai həyatın inkişafına gətirib çıxarır. Sosial iş birləşdirməyə, insanlar arasında vasitəçilik etməyə, əhalinin müxtəlif qruplarını müdafiə etməyə və davranışın deviant formalarının qabağını almağa imkan yaradır. Sosial iş sosial intizamı və cəmiyyətin institusional strukturunu qoruyub saxlamağa şərait yaradır:
Sosial institutlara yardım etmək;
Sosial adaptasiyanın və reabilitasiyanın effektiv metodlarını həyata keçirmək;
Sosial münaqişələrin qarşısını almaq və onlar haqda xəbərdarlıq etmək;
Deviant davranışda və sosial intizamın qaydasızlığında düzəlişlər etmək və onları idarə etmək.
Dostları ilə paylaş: |