Ni
Mehmanxanaların adı
Yerləşdiyi yer
Nömrələrin
sayı
1
«Sands Hotel»
Las-Veqas
(ABŞ)
6000
2
«Ambassador City Jomtien»
Tailand
5100
3
«MGM Grand»
Las-Veqas
5005
4
«Excalibur»
Las-Veqas
4032
5
«Flamingo Hilton»
Las-Veqas
3642
6
«Las Vegas Hilton»
Las-Veqas
3174
7
«The Mirage»
Las-Veqas
3049
8
«Monte Carlo»
Las-Veqas
3014
9
«TrRasure Island»
Las-Veqas
2900
10
«Bally’s»
Las-Veqas
2814
11
«Circus Circus»
Las-Veqas
2793
12
«İmperial Palace»
Las-Veqas
2636
13
«Luxor»
Las-Veqas
2523
14
«Hilton Hawaiian Village»
Qonolulu
(ABŞ)
2523
15
«Stardust»
Las-Veqas
2335
16
«New York Hilton»
Nyu-York
(ABŞ)
2131
17
«Disney's Caribbiean
Beach Resort»
Orlando (ABŞ)
2112
18
«Riviera»
Las-Veqas
2109
19
«Disney Dixie Landing»
Orlando
2048
20
«Hyatt Regency»
Çikaqo (ABŞ)
2033
Dünyanın ən möcüzəli və nadir mehmanxanalarından hesab
edilən «Tree Tops Hotel» ağacların üstündə yerləşir (Keniyanın təbii
parklarının
birində).
Bu
mehmanxananın
pəncərəsindən vəhşi
heyvanların su içməyə yığışmalarına tamaşa etmək mümkündür. 1952-
ci ildə məhz bu mehmanxanada istirahətini keçirən II Elizaveta Böyük
Britaniyanın kraliçası olması haqqında xəbəri eşidir.
27
Avstraliyada riflər üstündə inşa edilmiş sualtı mehmanxana
vardır. Onun otaqlarının pəncərələri dəniz səviyyəsindən aşağı
olduğundan heyranedici sualtı mənzərələri seyr etmək imkanı yaradır.
iran körfəzindəki Bəhreyn dövlətində də sualtı mehmanxana
yerləşir. O, 6 korpusdan ibarətdir, korpuslar ekzotik dəhlizlərlə birləşir.
Mehmanxananın içinə yalnız xüsusi şüşəli liftlər vasitəsilə düşmək olar.
Buna oxşar mehmanxana Florida ştatında (ABŞ) yerləşir, o, yalnız 6
nəfər üçün nəzərdə tutulub və ən kiçik mehmanxana hesab edilir.
Onun ümumi sahəsi 135 m2-dir.
Hollandiyanın paytaxtında dünyanın ən yüksək üzən mehman
xanası yerləşir. Bu beşmərtəbəli «gəmi» Amsterdam limanları arasında
üzərək əsil dəniz gəzintisi təsəvvürü yaradır.
Yaponiyada da bir sıra qeyri-adi mehmanxanalar var. Bunlardan
biri - «Capsule Hotebin otaqları həqiqətən kapsula oxşayır. Otaqlar
1,2-2,2 metr olan pəncərəsiz nömrələrdir. Mebel əşyalarından
otaqlarda yalnız yataq və televizor var. Bunlar orta dərəcəli, bahalı
olmayan
otellərdir.
Bununla
yanaşı,
Yaponiyada
«Məhəbbət
mehmanxanaları» mövcuddur. Buradakı nömrələrdən bir neçə saat
istifadə edilir.
Dünyada ən yüksək mehmanxana Himalay dağlarının ətəyində
13 min metr yüksəklikdə yerləşir. Açıq hava şəraitində bu
mehmanxanadan Everest dağına gözəl mənzərə açı lir. Adətən təzyiqi
yüksək olanlara bu mehmanxana məsləhət görülmür.
Təəccüblü deyil ki, ən populyar sifarişlər oksigendir, onun dəqi
qəsi 1 ABŞ dollarıdır və turistlərə əlavə xidmət kimi təqdim edilir.
Yüksək mehmanxanalardan biri Sinqapurda 73 mərtəbəlidir.
Trinidad və Tobaqo dövlətinin paytaxtı Port-of-Speyis şəhərində gər
gin hisslər həvəskarları üçün uçurumun üstündə qayalarda bir
mehmanxana
yerləşir.
Bu
mehmanxanaya
giriş yalnız onun
üstündəndir. Tokionun mehmanxanalarından biri çevik və sürət
xidmətinə görə məşhurdur. Burada qonaq qeydiyyat prosedurlarına,
açarın alınması, pulun ödənilməsinə cəmi 45 saniyə vaxt sərf edir.
San-Fransisko (ABŞ) şəhərində yerləşən «Fermont» otelində
ən bahalı, dəbdəbəli, lüks apartament otağın qiyməti 6 min dollardır (1
sutkalıq qiymət). Qonağa sutka ərzində yüksək keyfiyyətli xidmət
göstərilir. Avtomobil və sürücü qonağın sərəncamındadır.
28
Ginnesin rekordlar kitabına daxil olan «Burc-əl-ərəb», yəni
«Ərəb qülləsi» dünyada ən hündür yeddiulduzlu oteldir. Hündürlüyü
321 metrdir. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) süni adada inşa
edilən bu otel sahildən 276 metr aralıdır. Ötən onillikdə mehmanxana
müəssisələrinin uğurlu fəaliyyəti, o cümlədən xidmət və peşəkarlığın
səviyyəsinin yüksəlməsinin səbəblərindən biri müasir kom püter
texnologiyasından istifadə olunmasıdır. Bu, mehmanxana biznesinin iş
prinsiplərini kökündən dəyişmiş, sahibkarların problemlərini həll etmiş,
müştərilərin rahatlığı üçün şərait yaratmışdır.
Avropa Birliyinin Nazirlər Şurası 23 dekabr 1986-cı ildə otellər
üçün piktoqramlardan (şərti rəmzlər) ibarət vahid standartlaşmış
məlumat sistemi (SİS-Standartisad information System) qəbul
etmişdir.
Vahid standartlaşmış məlumat sisteminin məqsədi Avropaya
gələn turistlərin gəzinti və yaşayışını asanlaşdıraraq bələdçi rolunu
oynamaqdır (Əlavə 7).
29
FƏSİL 3
Yüklə Dostları ilə paylaş: |