DÜNYA MEHMANXANA SƏNAYESİNDƏ İDARƏETMƏ FORMALARI 3.1. Françayzinq yolu ilə idarəetmə Françayzinq* - İri və kiçik müstəqil müəssisələrin müqavilə mü
nasibətləri sistemidir. Bu idarəetmədə bir xüsusiyyət vardı ki, kiçik
mehmanxana iri məşhur mehmanxana nişanı (markası) altında fəaliy
yət göstərir.
Beynəlxalq Françayzinq Təşkilatları Assosiasiyası françayzinqin
geniş təyinatını verir. Françayzinq müəyyən münasibətləri təyin edir.
Françayzer" (franşizverən) françayziyə*’ * (franşizalan) qanuni
qaydada müdafiə olunmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq
hüququ verir, habelə bu fəaliyyətin təşkilinə, təlim-təhsil almağa və s.
kömək edir.
Françayzer müəssisənin tam konsepsiyasını və iş üsullarını ya
radır, franşizalan bu imtiyazlardan istifadə etmək hüququ qazanır.
Fransız mənşəli termin olmasına baxmayaraq, françayzinq müxtəlif
spesifik müqavilə formasında ABŞ-da yaranmışdır.
1907-ci ildə «Rits-Development Company» Nyu-York firma
sından «Rits Carlton» adını almaqla bu sistemin əsasını qoymuşdur.
1927-ci ildə Hovard Conson françayzinq müqaviləsi əsasında
otellərini idarə etməyə başlayır. Bu ona əvvəlcə ABŞ-ın şərq
sahillərində, sonra otra qərbdə, 60-cı illərdə Kaliforniyada öz biznesini
genişləndirməyə
imkan
verir.
Hal-hazırda
Hovard
Consonun
mehmanxana şəbəkəsinə 900 müəssisə daxildir.
60-cı illərdə françayzinq mehmanxana və motellərin yüksəliş və
inkişaf strategiyası olur. 90-cı illərdə də bu tendensiya qalmaqda idi.
Françayzinq mehmanxana sənayesində şirkətin öz fəaliyyətini
daha dinamik aparmağa imkan verən konsepsiyadır. Şirkətin kənardan
maliyyə cəlb edib daha sürətlə inkişaf etməsi bu konsepsiyanın əsas
' Françayzinq - etimoloji termininə görə fransız mənşəlidir - güzəşt, imtiyaz
deməkdir.
" Françayzer - güzəşt, imtiyaz verən
Françayz - güzəşt, imtiyaz alan
30
mahiyyətidir. Mehmanxana sənayesində françayzinqlə məşğul olan ən
iri şirkət «Hospitality Franchise System» sayılır.
Parsippani şəhərində (Nyu-Cersi ştatı) yerləşən bu şirkətin
5300 oteli var. Onun ardınca «Choice Hotels international» şirkəti gəlir
(3130 otel). Bu siyahıda üçüncü yeri «Holiday inn Worldwide» (2082
otel) tutur.