Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


olunan «Проблемы  иностранного туризма


səhifə23/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   98
Mehmanxana teserrufati

olunan
«Проблемы 
иностранного туризма
в 
СССР» məcmuəsi bu barədə yazırdı: «Azərbaycan» mehman­
xanasında yeni iş jurnalı tətbiq olunub. Bu jurnalda turistlərin qəbulu və 
nömrələrin hesabatı dəqiq apanlır. Jurnalda nömrələrin bronu (sifarişi), 
mərtəbələr üzrə nömrələrin sayı, lüks və yarımlüks nömrələr, qrup və 
fərdi turistlərin gəlib-getmə vaxtı, fərdi qonaqların soyadı və ya təşki­
latın adı və s. öz əksini tapır. Bizim fikrimizcə, mehmanxananın bu 
təcrübəsi diqqəti cəlb edir.*
Qeyd etmək lazımdır ki, o vaxt üçün bu sistem çox mü hüm bir 
amil idi. Ona görə ki, elektron qurğusu və kompüter sistemi yox idi.
1978-ci ildə S.Yeqanlı yeni istifadəyə verilən və respublikada ən 
yüksək komforta malik olan «Moskva» («İnturist») mehmanxanasına 
müdir təyin olunur. Siyavuş Yeqanlı o zaman SSRİ-də «İnturist» 
sistemində ən gənc mehmanxana müdiri idi. «Moskva» mehman - 
xanasında işlədiyi müddətdə o, «İnturist» sistemi üçün milli kadrların 
hazırlanmasında, onların təhsil və təlimində böyük rol oynamışdır. 
İşçilərin bir qismi Moskva şəhərində «İnturist»in ixtisasartırma 
kurslarına, digərləri SSRİ-nin müxtəlif şəhərlərinə və xarici ölkələrə 
təcrübə mübadiləsinə göndərilir.
* «Проблемы иностранного туризма в СССР». Сборник трудов, выпуск 3, Москва 
1980 г., стр44.
48
«İnturistwin peşəkar işçiləri müxtəlif Ümumittifaq və beynəlxalq 
müsabiqələrdə iştirak edərək layiqli yerlər tuturdu.
S. Yeqanlı turistlərə 
göstərilən 
xidmətin 
keyfiyyətini 

səmərəsini 
artırmaq 
məqsədilə 
«Moskva» 
mehmanxanasında 
turistlərin qəbul bölməsiylə tərcüməçilərin bölməsini birləşdirərək 
turistlərin qəbul və xidmət şöbəsini yaradır.
1983-cü ildə S.Yeqanlının yaratdığı bu şöbə SSRİ-də «İnturist» 
sistemi üzrə turistlərə göstərdiyi yüksək keyfiyyətli xidmətə və valyuta 
planını artıqlaması ilə yerinə yetirdiyinə görə birinci yerə layiq görülmüş 
və şöbənin bütün işçiləri mükafatlandırılmışdı. S.Yeqanlının rəhbərlik 
etdiyi «Moskva» mehmanxanası sabiq SSRİ-də «İnturist» sistemi üzrə 
dəfələrlə 2 və 3-cü yerləri tutmuşdur.
S.Yeqanlı 1983-cü ildə Moskva Ümumittifaq Hüquq İnstitutunu 
bitirir və həmin ildə o, «İnturist» Səhmdar Cəmiyyətinin Azərbaycan 
şöbəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici 
Turizm İdarəsinin rəis müavini vəzifələrinə təyin olunur.
Daha sonra S.Yeqanlı Azərbaycan SSR-in Xarici Turizm üzrə 
Baş İdarənin rəisi və SSRİ Xarici Turizm üzrə Dövlət Komitəsinin 
Azərbaycan Birliyinin Baş direktoru təyin olunur. Hal-hazrda Siyavuş 
Yeqanlı Bakı Biznes Mərkəzinin Baş direktorudur. S.Yeqanlı istər adi 
tərcüməçi, istərsə də yüksək dövlət məmuru vəzifəsində çalışsın, o, 
həmişə mehmanxana və turizm 
sahəsində yüksək səviyyəli 

Yüklə

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin