5.1. K o llektiv və fərdi yerləşdirmə vasitələri Kollektiv
iə
fərdi yerləşdirmə vasitələri deyiləndə turistlərə
müntəzəm və ya hərdənbir gecələmək üçün yerlərin təqdim edilməsi
başa düşülür. Bu halda mövcud nömrələrin sayı 7 və ya 10-dan aşağı
olmamalıdır (İtaliyada 7, Rusiyada minimum 10 nömrə olmalıdır).
Bütün nömrələr mehmanxana müəssisəsinin rəhbəri idarəçiliyində
olmalıdır və göstərilən xidmətin səviyyəsindən, mövcud avadanlığın
təchizatından asılı olaraq nömrələr dərəcələrə bölünür. Kollektiv
yerləşdirmə vasitələrinə mehmanxanalar, onlara bənzər analoji yer
ləşdirmə vasitələri, ixtisaslaşmış müəssisələr və digər yerləşdirmə
vasitələri aid edilir.
ÜTT-nin tərifinə görə, xidmət sahəsinə və mövcud avadanlıqla
təchiz olunmasına əsasən dərəcələrə və kateqoriyalara bölünmüş
müəyyən nömrələr sayından ibarət, vahid rəhbərliyə tabe olan servis
xidmətləri (ən azı yataqların sahmanlanması, otaqların və sanitar
qovşaqlarının yığışdırılması) göstərən kollektiv yerləşdirmə
vasitəsi
mehmanxana adlanır.
Bənzər (analoji) yerləşdirmə vasitələri pansionlar, mebelləşdiril-
miş otaqlar, turist yataqxanaları və digər yerlərdən ibarət olur və
məhdud xidmətlər göstərir (Yataqların gündəlik sahmanlanması,
otaqların və sanitar qovşaqlarının yığışdırılması).
ixtisaslaşmış yerləşdirmə vasitələri yerləşdirmə xidməti ilə
yanaşı, hər hansı bir ixtisaslaşmış funksiya yerinə yetirir. Bu qəbildən
olan yerləşdirmə vasitələrinə müalicə müəssisələri, əmək və istirahət
düşərgələri, konqres mərkəzləri aid oluna bilər. Digər
kollektiv
yerləşdirmə vasitələri məhdud mehmanxana xidmətləri göstərir
(Gündəlik olaraq yataqların sahmanlanması və otaqların yığışdırılması
istisna olmaqla).
Digər kollektiv yerləşdirmə vasitələri qrupuna yaşayış yerləri
kimi təşkil edilmiş və istirahət üçün nəzərdə tutulmuş evlər kompleksi,
kempinqlər və s. aiddir.