xüsusiyyətlərinə görə bu məsələyə fərdi yanaşır. Hər il nəşr olunan
«İllik məcmuə»də dünyanın bütün kiçik lüks mehmanxanalarının (10
nömrədən 200 nömrəyədək) siyahısı göstərilir.
ÜTT 30 nömrəyədək olan mehmanxanaları kiçik mehmanxana
saymağı tövsiyə edir. Avropa üçün kiçik mehmanxanalar tipikdir.
Almaniyada 40 nömrəyədək olan mehmanxanalar kiçik sayılır, 40-dan
80-dək orta, 80-dən yuxarı nömrəsi olan mehmanxanalar iri sayılır.
Amerikada və Asiyada bundan daha çox
yeri olan mehmanxanalar iri
sayılır. Bir çox ölkələrdə mehmanxanaları yerləşdirmə (nömrə
fondunun tutumuna) təsnifatına görə dörd dərəcəyə bölürlər:
1.
Kiçik mehmanxanalar (100-150 nömrə);
2.
Orta mehmanxanalar (100-dən 300-400 nömrə);
3.
İri mehmanxanalar (300-400-dən 1000-dək nömrə);
4.
Nəhəng mehmanxanalar (1000 nömrədən çox).
Nömrə fondunun tutumu (yerlərin sayı), təsnifatı eyni tipli
mehmanxanaların iş fəaliyyətini müqayisə etməyə imkan verir.
4. Mehmanxanaların funksional təyinatı (məqsədli bazar)
Bu tip mehmanxanalar iki cürdür:
1. İşgüzar təyinatlı mehmanxanalar;
2. İstirahət təyinatlı mehmanxanalar.
İşgüzar təyinatlı mehmanxanaların əsasını 1908-ci ildə
«Buffalo Statler»
mehmanxanasının açılışı ilə Ellsvort Statler
qoymuşdur. Bu mehmanxana biznesmenlərə və kommersantlara
xidmət edirdi. Elə mehmanxanalara tələbat
olduğundan mehmanxana
xidmətləri bazarında bu konsepsiya aparıcıdır. İşgüzar müştərilər
mehmanxanalar üçün mühüm əhəmiyyət kəsb edir:
1)
konfrans, simpozium iştirakçısı olan işgüzar adamlar
imkanlıdır və onlar nəinki nömrələrinin, həm
də istifadə etdiyi müxtəlif
əlavə xidmətlərin pulunu verirlər (camaşırxana, bərbərxana, massaj,
sauna, üzgüçülük hovuzu, idman zalı və s.). Bundan əlavə,
işgüzar
adamlar çox vaxt öz ailələri ilə gəlir. Ailə üzvləri mehmanxanada
əyləncəli
proqramlardan
istifadə
edir.
Bu
da
son
nəticədə
mehmanxananın gəlirini artırır;
54
2) işgüzar müştərilərə qulluq edən mehmanxana əvvəlcədən
sifariş (bron) qəbul edir, mehmanxananın neçə nömrəsinin tutulmasını
bilir və proqnozlaşdırır;
3)
yüksək səviyyəli, keyfiyyətli xidmət göstərməklə meh
manxana öz nüfuzunu qaldırır və işgüzar qonaqların təkrar gəlişi üçün
şərait yaradır.
1. İşgüzar təyinatlı mehmanxanalarda aşağıdakı şərait olmalıdır;
- mehmanxana ictimai və inzibati yerlərə yaxın olub mərkəzdə
yerləşməlidir;
- mehmanxanaya ailəsi ilə gələn işgüzar qonaqlar üçün
apartament nömrələr olmalıdır;
- mehmanxanada tədbirlər keçirmək
üçün sinxron aparatlarla və
tərcüməçilərlə təchiz və təmin olunmuş konfrans zalları
olmalıdır;
- valyutadəyişmə məntəqəsi və kredit kartlarla pulverən aparatlar
(bankomat) olmalıdır;
- yüksək keyfiyyətli Avropa və milli yeməklərlə müştəriləri təmin
edən restoranlar, kafe, bar,
həmçinin nömrələrə restoran
xidməti olmalıdır;
- nəqliyyat vasitələri üçün dayanacaq və qaraj olmalıdır.
2.
istirahət təyinatlı
mehmanxanalara
kurort və turist
mehmanxanaları aiddir (Bu barədə «Mehmanxana müəssisələrinin
tipi» fəslində qeyd olunub).
Yüklə
Dostları ilə paylaş: