Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


 Mehmanxanaların yerləşdiyi yer


səhifə28/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   98
Mehmanxana teserrufati

5. Mehmanxanaların yerləşdiyi yer
Lüks otellər və orta dərəcəli mehmanxanalar əsasən şəhərin 
mərkəzində yerləşir. Dəniz sahilinin kənarında yerləşən mehmanxa­
nalar sahildən 50-300 metr aralıda olmalıdır. Çox da böyük olmayan bu 
mehmanxanalar qış və yay istirahəti üçün avadanlıqla təchiz edilir.
6. Mehmanxanaların işləmə müddəti bütün il boyu və mövsümi
olur.
7. Qonaqların yeməklə təminatı gündə 3 dəfə tam pansion, 
yarımpansion və ya ancaq səhər yeməyi olur.
8. Qonaqların qalma müddətinə görə təsnifatı
Uzun və qısa müddətli olmaqla iki yerə bölünür.
55


Bunlar da öz növbəsində, bir neçə mehmanxanaya bölünür.
Qısa müddətə qalan qonaqlar üçün tranzit, işgüzar, turist, kurort
və sair mehmanxanalar aiddir
Qonaqların 
uzun 
müddətə 
qalması 
üçün 
Azərbaycanda
mehmanxana m üəssisəsi, h ələ ki, yoxdur.
9. 
Mehmanxanalarda 
nömrələrin 
qiymət səviyyəsinin
təsnifatı
Büdcə
Ekonom
Orta dərəcəli
Birinci
Apartament
Lüks
- ($ 25 - $ 35)
- ($ 35 - $ 55)
- ($ 55 - $ 95) 
- ( $ 9 5 - $ 195) 
- ( $ 6 5 - $ 125) 
- ( $ 1 2 5 - $ 4 2 5 )
1989-cu ilin noyabrında Madriddə Ümumdünya Turizm Təş­
kilatının 
mehmanxanaların 
təsnifatı sisteminin 
tövsiyəsi 
işlənib 
hazırlanmışdır.
Tövsiyədə mehmanxana avadanlığına, mebellərə, enerji və su 
təchizatına, istilik şəbəkəsinə, sanitar qovşaqlarının vəziyyətinə, 
təhlükəsizlik tədbirlərinə, rabitəyə, mətbəxə (kulinariya), mehmanxana 
xidmətlərinin çeşidinə və keyfiyyətinə, kadrların peşə hazırlığına 
minimal tələblər irəli sürülür (Tövsiyənin tam mətni ayrıca qeyd olunur. 
Əlavə 1.)
Mehmanxanaların təsnifat sisteminin işlənib hazırlanmasını hər 
bir ölkənin rəsmi dövlət orqanları həyata keçirir və onlara nəzarət edir. 
Belə ki, Fransada milli təsnifat sistemi Fransa Ticarət Nazirliyinin 
qərarı ilə 23 iyun 1966-cı ildə Rusiyada dövlət standartları əsasında, 
1994-cü ildə Azərbaycanda Nazirlər Kabinetinin qərarı ilə 16 iyul 2004- 
cü ildə işlənib hazırlanmışdır.
«Ulduzlar sistemi» adlanan Fransa milli təsnifat sistemi həm də 
Avropa sistemi adlanır. Bu təsnifata görə, mehmanxanalar 1-dən 5-dək 
ulduzlara bolunur. Bu təsnifat sistemi Fransadan başqa, Avstriya, 
Avstraliya, Andorra, Braziliya, Çin, Rusiya, Meksika, BƏƏ, Macarıstan, 
Misir və bir çox ölkələrdə tətbiq olunur. Minimum tələblərə cavab 
verməyən mehmanxanaya ulduz verilmir (cədvəl 4).
56
Alman təsnifat sisteminə görə mehmanxana müəssisələri 5 
dərəcəyə bölünür. Bu Avropa (Fransa) sisteminə uyğun olaraq hər 
dərəcə bir ulduza uyğundur.
Turist dərəcə
- 1 ulduz
Standart dərəcə
- 2 ulduz
Komfort dərəcə
- 3 ulduz
Birinci dərəcə
- 4 ulduz
Lüks
- 5 ulduz
Alman mehmanxana təsnifat sistemində dərəcəsindən asılı 
olmayaraq 22 məcburi tələb qoyulur. Bunlar qəbul xidmətinin keyfiy­
yətli işi, səhər yeməyi, içki servisi, seyfin olması və sairədir.
Almaniyada, sonuncu təsnifat sisteminə görə, lüks mehman­
xanalar üçün 270, birinci dərəcəli mehmanxanalar üçün 120, komfort 
mehmanxanalar üçün 70, standart mehmanxanalar üçün 25 meyar 
müəyyən olunub. Bu təsnifat sisteminin xüsusiyyəti ondadır ki, 
meyarlar təkcə mehmanxanalara deyil, həmçinin mehmanxana müəs­
sisələrinə də aid edilir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin