İsraildə təsnifat sistemində əvvəllər ulduzlardan istifadə edilir
disə, hazırda bu ləğv edilmiş və 3 katiqoriya mehmanxana sistemi
yaranmışdır, israildə əvvəllər olmuş ulduz təsnifatı ləğv edilib və 3
kateqoriyalı mehmanxana sistemi yaranıb. Buna baxmayaraq, müş
tərilərin başa düşməsi üçün turist firmaları mehmanxanaları ulduz
rəmzi ilə adlandırır.
İspaniyada m üxtəlif kateqoriyalar - 1 ulduzdanö ulduza qədər
olan m ehm anxanalar mövcuddur.
Ev tipli mehmanxanalar 4 dərəcəyə bölünür. Pansionatlar
(pensiones) 3 kateqoriyalıdır.
Bundan əlavə, turizm nazirliyinə tabe olan dövlət yerləşdirmə
müəssisələri m övcuddur (paradares). Bu yerləşdirmə müəssisələri
mənzərəli rayonlarda yerləşdirilmişdir. Burada köhnə qəsrlər, qalalar,
saraylar lüks otellər kimi təchiz edilmişdir.
Amerika otel və motel assosiasiyalarının (ittifaqının) məlumatına
görə, ABŞ-da 46 mindən çox otel və motel vardır. Mehmanxanalarda
nömrələrin sayı 3,3 milyondan çoxdur. Digər ölkələrdən fərqli olaraq,
ABŞ-da rəsmi təsdiqlənm iş mehmanxanaların təsnifat sistemi yoxdur.
Am erika Avtomobil Assosiasiyası (AAA) otelləri brilyantlara bölür.
Amerikanın «Mobil Travel Qayd» assosiasiyası isə mehman
xanaları 5 ulduza bölür. Bu assosiasiya 21 min yüksək dərəcəli
otellərdən 35-nə ulduz statusu vermişdir.
Amerika Avtomobil Assosiasiyası (AAA) 1977-ci ildən ABŞ-da
otellərin təsnifatı ilə məşğuldur. ABŞ-ın, Kanadanın və Meksikanın 19
500 otelindən 2%-i 5 brilyanta layiq görülüb. 1996-cı ildə ABŞ-ın 12
ştatında 52 otel və kurort-mehmanxana 5 «brilyant»a layiq görülüb. Bu
52 oteldən 12-si həm 5 briliyanta, həm də 5 ulduza layiq görülüb. AAA
meneceri Cozef Konstantininin fikrincə, mehmanxananın 1 brilyant
olmağı da şərəfdir.
Qeyd
etmək lazımdır ki, ABŞ-da mehmanxanaların 49 %-i
təsnifat tələblərinə cavab vermədiyi üçün heç bir brilyanta layiq görülmür
Yüklə
Dostları ilə paylaş: