Qəbul və xidmət şöbəsinin baş inzibatçısı - Qonaqlara
göstərilən xidmətin keyfiyyətini artırmaq və səviyyəsini yüksəltmək baş
inzibatçının əsas vəzifələrindən biridir. O, gün ərzində mehmanxanada
bir çox mühüm və zəruri işləri yerinə yetirir. Bunlar aşağıdakılardır:
- gecə inzibatçısının hesabatını dinləyir və yoxlayır;
- keçən gecə ərzində doldurulan nömrələrin göstəricilərini təhlil
edir;
- mehmanxanada əlavə xidmətlərin gündəlik satış vəziyyətini
təhlil edir;
- ötən gecə ərzində mehmanxanaya daxil olan pulun hesabını
yoxlayır;
- pulsuz verilən nömrələrin sayını təyin edir;
- yaxın aylar üçün verilən kollektiv sifarişləri yoxlayır;
- gün ərzində mehmanxanaya gəlib-gedən qonaqların siyahısını
nəzərdən keçirir;
- xüsusi və nüfuzlu qonaqların (VİP) siyahısını nəzərdən keçirir
və qeydiyyatını aparır;
- gələn qonaqların qeydiyyat sənədlərini çeşidləyir;
- şöbənin və digər operativ iclaslarda iştirak edir;
- sonrakı gün ərzində (səhər) gəlib-gedən qonaqların siyahısını
nəzərdən keçirir;
- əməkdaşlarına
gəlib-gedən
qonaqlar
barədə
zəruri
sərəncamlar verir;
- əməkdaşların iş cədvəlini yoxlayır;
- qonaqlara xidmət göstərən köməkçilərə gündəlik təlimat verir.
Məsələn, baş inzibatçının köməkçisi qonağı qarşılayır, qeydiy
yatına kömək edir, nömrəyə qədər müşayiət edir, yükünü əvvəlcədən
nömrəyə aparır və s. Bununla da baş inzibatçının köməkçisi bir neçə
funksiyanı yerinə yetirərək əlavə bölməyə və işçilərə ehtiyac olmadığını
göstərir. Bu yenilikdən kiçik və orta lüks mehmanxanalarda istifadə
etmək məqsədəuyğundur. Baş inzibatçı bütün xidmət bölmələrinin işini
təkmilləşdirməyə, işçilərin əlbir işləməsinə çalışır.
Bəzi otellərdə bronlaşdırma (sifariş) bölməsinin meneceri satış
üzrə direktora (menecerə), gecə auditoru isə baş mühasibə hesabat
verir.
Baş inzibatçının bölməsinin təşkilat strukturu