Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Səhər növbəsində çalışan inzibatçının əsas vəzifələri


səhifə35/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   98
Mehmanxana teserrufati

Səhər növbəsində çalışan inzibatçının əsas vəzifələri:
1. 
İş jurnalının və nömrələrin doldurulmasını nəzərdən keçirib 
yoxlamalı, sifariş edilən nömrəyə qonağın gəlib-gəlmədiyin; 
aydınlaşdırmalı, gəlməyən qonağın nömrəsinin hesabını 
mühasibata göndərməlidir.
2. 
Boş nömrələri hesablamaq və təhlil etmək (Bəzi otellərdə bu 
işi bronlaşdırma bölməsi görür).
3. 
inzibatçı bilməlidir ki, ilk növbədə hansı nömrələri və hansı 
sayda müştərilərə vermək lazımdır (Bəzi otellərdə bu işi 
bronlaşdırma - sifariş qəbul edən bölmə görür).
4. 
İlk növbədə lüks nömrələri və çox mühüm qonaqlar üçün ay­
rılası (VİP) nömrələri seçmək və ayırmaq, konfrans və ya 
simpozium olacaqsa, onun yerini təyin edib, vaxtını dəqiq­
ləşdirib zalı sifariş etmək lazımdır.
5. 
Mehmanxanadan gedən qonaqlar haqqında məlumatları yoxla­
maq.
a) qonağın bütün məsrəflər (xərclər) hesabının yazıldığına əmin 
olmalı, xüsusən axırıncı səhər yeməyi və telefon danışıqlarının pulunun 
verildiyini dəqiqləşdirmək;
b) qonaqla birlikdə onun hesabının düzgün və dəqiq yazıldığını 
yoxlamaq;
c) pulu kredit kartı və ya nağd almaq;
q) qonağa təqdim olunan hesabla əlaqədar anlaşılmazlıq ortaya 
çıxarsa, bunu nəzakətlə yola vermək lazımdır (Məsələn, qonaq təkid 
edə bilər ki, onun hesabını şirkət verməlidir, inzibatçı isə belə bir məlu­
mata malik deyil);
82
d) 
qonağın hesabını şirkət verməli olarsa, bu halda qonaq hesa­
ba imza atmalı (təsdiq etməlidir), inzibatçı isə hesabat tərtib edib 
mühasibata verir.
6. Qonağın bütün suallarına səbir və nəzakətlə cavab ver­
mək.
7. Xüsusi jurnala növbə ərzində olan məlumatları, hadisələri 
qeyd etmək.
8. Qonağın tələbi ilə imkan daxilində nömrədə bəzi dəyişik­
liklər etmək (çarpayının və ya televizorun yerini dəyişmək).
9. 
İnzibati-təsərrüfat personalına gələn mühüm və nüfuzlu qo­
naqlar (VİP) üçün gül və digər lazımi şeylər hazırlamağı 
tapşırmaq.
10. Nömrə açarlarının verilməsi və alınmasına nəzarət etmək 
və yoxlamaq.
Növbətçi inzibatçı çətin və mürəkkəb şəraitdə işləməyi bacar­
malı, özünü sakit, təmkinli və səbirli aparmalı, eyni zamanda xoşsifət 
və gülərüz olmalıdır.

Yüklə

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin