2. Qonaqların otaqlarının və mehmanxananın digər yerlərinin
təmizliyinə və səliqə-səhmana diqqət etmək;
3.
Baş menecerin maliyyə siyasətinə uyğun
bölməyə
rəhbərlik etmək;
4.
Sənədləşdirmə.
Bölmənin menecerinin iş günü saat 09.00-dan 18.00-a qədərdir.
Mehmanxananın nömrələri hər mərtəbədə plan-sxemdə göstə
rilir. Boş olan nömrənin qabağında heç bir qeyd olmur. Nömrədə
qonaq varsa, SC qeyd olunur (nömrə tutulub). Qonaq tezliklə nömrəni
azad edəcəksə, SS nişanı ilə qeyd edilir (tezliklə boşalır), o, nömrənin
vaxtını artırarsa, AH nişanı qoyulur (qalma vaxtı uzanır). Əgər nömrə
nasaz və xarabdırsa, XX (qəza vəziyyəti) nişanı qoyulur, çox mühüm
və nüfuzlu qonağın nömrəsi VİP (çox mühüm qonaq) nişanı ilə qeyd
edilir.
Amerika otelçilik normativinə görə, mərtəbədəki hər bir xidmətçi
iş vaxtı ərzində 17 nömrə yığışdırmalıdır. Məsələn, mehmanxanada
258 nömrə, 10 lüks apartament bu nömrə sayına daxildir (Lüks-apar-
tament iki nömrə əvəzi sayılır). Deməli, bölmənin sərəncamında 268
nömrə var. Ümumi nömrələrin sayından (268 dolu nömrələr) gəlməyən
qonaqların sayını çıxmaq lazımdır (3 nömrəyə qonaq gəlməyib). Alınan
rəqəmi 17-yə bölmək lazımdır (17 normativ rəqəmdir) və bununla da
həmin gün üçün işləyəcək işçilərin sayı bilinir.
Ümumi dolu nömrələr
258
(10 lüks apartament nömrə daxil olmaqla)
10
Dolu nömrələrin cəmi
268
Gəlməyən qonaqların nömrələri
3
Faktiki dolmuş nömrələrin cəmi
265
265:17=16 xidmətçi
Ən yaxşı işləyən mərtəbə xidmətçilərinə daimi nömrələr təhkim
olunur.
Xidmətçilər qonaq otaqları üçün tədarük olunmuş ləvazimatı
arabalarda daşıyaraq hər gün dəyişirlər. Qonaqlar üçün nəzərdə tutu
lan əşyalar arabanın üst rəfinə, otaq üçün lazım olan əşyalar alt rəfə
yığılır. Bu o məqsədlə edilir ki, otelin bəzi qonaqları nömrələr üçün
nəzərdə tutulmuş əşyaları suvenir kimi götürməsinlər.
90
Xidmətçilər nömrələrin vəziyyəti haqqında bölmə menecerinə
müntəzəm məlumat verməlidirlər.
Mehmanxananın tipindən asılı olaraq hər bir xidmətçi gündə 16-
dan 20-dək nömrəni səliqə-səhmana salır. Boşalmış nömrələrin yığış
dırılmasına daha çox vaxt sərf olunur.
Saat 09.00-da işə başlayan xidmətçi bölmə menecerində qeyd
olunur, işləyəcək otaqların açarlarını jurnala imza qoyandan sonra alır
və işin axırında qaytarır.
Mərtəbə xidmətçisi əvvəlcə bronda olan (sifariş olunan) nöm
rələri yığışdırır, sonra ardıcıl olaraq qonaqların azad etdiyi nömrələr,
daha sonra isə qonaqların yaşadığı nömrələr yığışdırılır.
Qonaqlar gedəndən sonra 7 və ya 10 gündən bir azad olan
nömrələr əsaslı və tam yığışdırılır.
Nömrənin qapısı üzərində «Xahiş edirəm yığışdırın» yaşıl rəngli
lövhəcik asılarsa, xidmətçi, ilk növbədə, bu nömrəni yığışdırmalıdır.
Qırmızı rəngli lövhəcikdə isə «Xahiş edirəm narahat etməyin»
sözləri yazılmış nömrəni xidmətçi daha sonra, münasib vaxtda
yığışdırır.
Nömrəni yığışdırıb qurtarandan sonra isə xidmətçi su kranlarını
bağlamalı, işığı söndürməli, bundan sonra nömrəni açarla bağlayıb
bölmə menecerinə görülən işlər haqqında hesabat verməlidir.
Bir çox mehmanxanalarda mərtəbədə çalışan xidmətçilərin işinə
nəzarət edən supervayzerlər fəaliyyət göstərir. Onlar nömrələrin
standartlara uyğun
səviyyədə yığışdırılmasını təmin edir, qəbul və
xidmət şöbəsinə boş və dolu nömrələr haqqında məlumat verirlər.
Bir çox mehmanxanaların öz
Yüklə
Dostları ilə paylaş: