marketinqdir. «Marketinq» sözü ingilis dilindən götürülüb. Onun kökü «mar
ket» sözüdür, tərcümədə «bazar» deməkdir və bu sözdən əmələ gələn
marketing hərfi mənada «bazarda iş görmək» mənasını daşıyır.
Maksimal qazanc əldə etmək məqsədilə istehlak tələbatını aş
kar edib və tədqiq edilməsi əsasında hər bir istehlakçının fərdi
tələbatlarının təmin olunmasına yönəlmiş ticarət-istehsalat sisteminə
marketinq deyilir. Bu tərifdə əsas tezisləri ayırmaq məqsədəuyqun
olardı. Əvvəla ticarət-istehsalat fəaliyyəti marketinqi kommersiya fə
aliyyətindən fərqləndirir.
Kommersiya fəaliyyətinin bütün üsulları və stimulları artıq isteh
sal olunmuş malların və xidmətlərin bazarda satılmasına yönəlirsə,
marketinqin məqsədi istehlak tələbatına müvafiq olaraq malların və
xidmətlərin istehsalı və satışının (realizə edilməsi) qarşılıqlı əlaqəsi olan
prosesdir. Digər tərəfdən, marketinqin məqsədi fərdi istehlakçılar
səviyyəsində tələbatın aşkar edilməsi və onun daim artması
istiqamətində formalaşdırılmasıdır. Nəhayət, marketinqin son məqsədi
maksimal qazanc əldə etməkdir - bu da onu son dərəcə iqtisadi
kateqoriyaya çevirir.
Marketinq nədir?
1.
Məqsədi: satışın stimullaşdırılması ilə maksimum qazanc əldə
etmək;
2. istehsal-satış fəaliyyətinin ümumi layihəsinin planlaşdırıl
ması və həyata keçirilməsi.
FƏSİL 11
122
3. Bazarın tədqiq edilməsi:
•
Alıcılar nə istəyirlər (tələbat);
•
Onların tələbatları nə cür ödənilir (təklif və qiymətlər).
4. Qarşılıqlı mübadilə məqsədi ilə, fərdi və ya kollektiv tələbləri
ödəyən malların və xidmətlərin bazara çıxarılması və onların
satılması.
5. Reklam.
6. Məhsulun yeni növlərinin yaradılması.
7.
Bazarın alıcılıq şəraitində, alıcı öz tələblərini satıcıya bu
yurursa, marketinq istifadə oluna bilər.
8.
Marketinq üçün azad bazar şəraiti tələb olunur və
istehsalçı ilə istehlakçı arasında münasibətlərdə sərbəstlik
hökm sürür.
9.
Marketinq üçün əmtəə istehsalçıları arasında azad rəqa
bət şəraiti, sahibkarlıq təşəbbüsü tələb olunur.
10. Bazar mallar və xidmətlərlə kifayət qədər bol olduğu
halda marketinq faydalı hesab olunur.
Qeyd etmək lazımdır ki, marketinqin geniş və müvəffə
qiyyətlə tədbiq edilməsi yalnız müvafiq hüquqi təminat şəraitində
mümkündür, yəni aşağıdakı prinsiplərin həyata keçirilməsi üçün
əlverişli hüquqi mühitin təmin olunmasına dair qanunların və
qanunverici aktların vəhdəti olduqda:
•
malların,
ixtisasın,
istehsalatın şəraitinin,
sahibkarlığın
formasının azad seçilməsi;
•
istehsalat vasitələrinə və əməyin nəticəsinə xüsusi mülkiyyət
hüquqları;
•
müqavilələrin və tərəfdaşlıq öhdəliklərinin şərtlərinə riayət
olunması;
•
malların və xidmətlərin satılması prosesində istehlakçının
üstünlüyü («müştəri hər zaman haqlıdır» prinsipi).