Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə54/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   98
Mehmanxana teserrufati

Strateji fəaliyyət planı
1. 
Ehtiyatların istifadə olunması: xidmətçilər, avadanlıq, 
materiallar, maliyyə vəsaitləri, məlumatlar.
2. 
İşləyə biləcək üsulların, proseslərin və hərəkət tərzinin 
müəyyən olunması.
3. 
Tapşırıqlar qoyulur. Hər kəs öz standartına və onlara 
çatmaq üçün məqsədə malikdir.
4. 
Operativ plan: pillə-pillə ardıcıl hərəkət edin.
131


5. Vəzifələri plana və ya məqsədlərə nail olunmasına görə 
məsuliyyət daşıyan əməkdaşları seçin.
6. 
Məqsədlərin təkrarlanması və ya layihələşdirilməsi.
7. 
Fəaliyyət yerinin müəyyən edilməsi.
8. 
Buna uyğun olaraq hər bir gün üçün cədvəlin tərtib 
olunması.
9. 
Prosesə nəzarətin vaxt nöqtələrinin təyin olunması.
10. Tərəqqi parametrlərinin müəyyən olunması və məqsədin 
nailiyyətinin yoxlanılması.
132
MEHMANXANA BİZNESİ VƏ MENECMENT
Menecment (management) - proqnozlaşdırma, planlaşdırma, 
işlərin təşkili, qərarların qəbul edilməsi, kommunikasiya və məlumat 
mübadiləsi, nəzarəti və əməkdaşların fəaliyyəti ilə qarşıya qoyulan 
məqsədə nail olmaqdır. Bunlar menecmentin əsas funksiyalarıdır.
Proqnozlaşdırma menecmentin ilk funksiyasıdır və gözlənilən 
ticarət dövriyyəsini qabaqcadan xəbər verir. Mehmanxana biznesinə 
tətbiq 
edilən 
proqnozlaşdırma 
otelin 
nömrələrinin 
qonaqlarla 
doldurulmasının faizini müəyyən edir.
Mehmanxana müəssisəsinin restoranını ərzaq məhsulları ilə 
təmin edərkən qonaqların sayı proqnozlaşdırılmalıdır.
Proqnoz hər hansı bir biznesin əsas tərkib hissəsidir. Düzgün 
aparılmayan proqnoz müəssisədə ciddi problemlər yarada bilər. 
Proqnozlaşdırma vaxtı yanılmaları minimuma endirmək üçün onu 
düzgün şərtlərə əsasən aparmaq zəruridir.
Mehmanxana biznesində müxtəlif şərtlər nəzərə alınır:
İlin fəsilləri: yay, payız, qış, yaz (mövsümi dəyişmə).
Həftənin günləri: tələbatın səviyyəsinə uyğun həftənin günləri 
fərqlənir.
Hava şəraiti: yaxşı hava şəraiti tələbatı artırır, pis hava şəraiti 
tələbatı azaldır.
Mehmanxana nömrələrinə qabaqcadan sifarişlərin olması 
gələcək hesabatların aparılmasının şərtlərindən biridir.
Proqnoz menecment fəaliyyətində ilk tədbir olduğuna görə o
dürüst yerinə yetirilməlidir, əks-təqdirdə buraxılan səhv digər başqa 
səhvlərə səbəb olar.
Otelin rəhbərliyi bir və ya iki həftə öncədən nömrələrin dol­
durulması proqnozunu verir, buna əsaslanan şöbə, bölmələr işin həc­
mini müəyyən edir və öz imkanlarını müvafiq dərəcədə bölüşdürürlər.

Yüklə

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin