İdarəetmənin sosial-psixoloji üsulu - Bildiyimiz kimi, əməyin
səmərəli olması psixoloji amillərdən müəyyən dərəcədə asılıdır.
Menecerin vəzifəsi ondan ibarətdir ki, bu amilləri təyin edib, onlardan
məqsədyönlü və səmərəli istifadə edərək vahid və yekdil bir kollektiv
yarada bilsin. Menecer hər bir insanın hərəkət tərzini, xarakterini
bilməklə onun fəaliyyətini proqnozlaşdırıb kollektiv və işin səmərəsi
üçün lazım olan səmtə yönəltməlidir. Bunun üçün psixofizioloji
uyğunlaşma prinsipinə riayət etməklə kollektivdə yaxşı mühit yaratmaq
olar.
Yapon sosioloqları iddia edirlər ki, insanın əhval-ruhiyyəsi, onun
yaxşı və səmərəli işləməsi, kollektivdə olan mənəvi-psixoloji şəraitdən
çox asılıdır. Kollektivə səmərəli təsir göstərmək üçün ayrı-ayrı işçilərin
mənəvi və psixoloji vəziyyətini öyrənmək kifayət deyil, həm də
qrupların
sosial-psixoloji
xarakteristikasını
bilmək lazımdır.
Bu
məqsədlə sosial-psixoloji üsullardan istifadə olunur. Bunlar mənəvi
həvəsləndirmə və şəxsiyyətə psixoloji təsir yolları ilə həyata keçirilir.
Bu üsulun əsas məqsədi kollektivdə müsbət sosial-psixoloji mühit
yaratmaqla tərbiyəvi, təşkilati, iqtisadi məsələləri həll etməkdir.
140
Menecer təbiətin bioloji və şəxsiyyətin daxili aləmini başa
düşərsə, kollektivi daha sıx birləşdirə bilər, işçilərin daha fəal və
səmərəli işləməsinə nail ola bilər.
Mehmanxana idarəçiliyində sosial-psixoloji üsullardan geniş
istifadə olunarsa, işçilərin fəaliyyəti və tələbatı vaxtında nəzərə alınar
və idarəetmədə müvafiq qərarlar qəbul etməyə imkan verər.
Sosial-psixoloji üsul tələb edir ki, kollektivə idarəetmənin
müxtəlif yollarını dərindən bilən mahir və çevik menecer rəhbərlik etsin.
Kollektivə əsas təsir vasitələrindən biri də inandırmaqdır.
Menecer inandırarkən işçilərlə birgə iş fəaliyyəti zamanı yaranan
münasibətləri və insan təbiətini nəzərə almalıdır.