Səlahiyyət vermək - menecer icraçıya səlahiyyətinin bir hissə
sini verir, qəbul olunan xüsusi qərarların məsuliyyətini onun üzərinə
qoyur.
İlk dəfə rəhbərliyin üslub məsələsini K.Levin
avtoritar, dem ok
ratik və liberal üslublara ayırmışdır."
1. Rəhbərliyin avtoritar üslubuna görə ixtiyar bir rəhbərin
səlahiyyətindədir və bütün işlər barədə yalnız
ona məlumat verməyi
tələb edir. Bu üsluba inzibatçılıq və tabeçilikdə olanlarla məhdud
əlaqələr məxsusdur. Bu tip menecer təkbaşına qərarlar qəbul edir və
tabeliyində olanlara təşəbbüs göstərməyə imkan vermir. O, hərəkət
lərində qətidir, insanlarla
münasibətdə kəskindir, həmişə nə isə əmr,
sərəncam verir və heç zaman xahiş etmir. Xülasə, onun idarəetmə
fəaliyyətinin məzmunu əsasən əmr və komanda verməkdən ibarətdir.
Avtokrat rəhbərin təfəkküründə ehkamçılıq və stereotip səciy
yəvidir. Avtokrat hər hansı bir yeniliyə ehtiyatla yanaşır
və idarəetmə
işində enyi üsullardan istifadə edir. Rəhbər tabeliyindəki olan işçilərdən
səviyyə cəhətdən aşağı olanda avtokratlıq özünü göstərir.
Rəhbərliyin avtokrat idarəetmə üslubu işçilərdə təşəbbüskarlığa
həvəsi məhv edir, işin təşkilinə və səmərəsinə mane olur.
Avtokrat rəhbər onun idarəetmə üslubuna uyğunlaşa bilməyən
işçilərə «Biz səninlə işləyə bilməyəcəyik» ifadəsini təkrarlamağı
xoşlayır. Belə bir şəraitdə işçi gördüyü işdən zövq ala bilmir.
Yüklə
Dostları ilə paylaş: