FƏSİL 14 MÜŞAVİRƏ, KONFRANS VƏ SƏRGİLƏRİN TƏŞKİLİ VƏ KEÇİRİLMƏSİ Qədim dövrlərdən bəri insanlar ictimai, idman və ya dini hadisə
lərə həsr edilmiş tədbirlərdə iştirak etmişlər. Şəhərlərin əyalət və döv
lətlərin mərkəzlərinə çevrilməsi ilə əlaqədar bu tədbirlərin miqyası və
ardıcıllığı artmaqda idi. Tədricən müntəzəm olan bu kimi tədbirlərin
təşkili ilə məşğul olan insanr qrupu formalaşırdı.
Assosiasiyaların tarixi qədim dövrlərə gedib çıxır. Bəhs etdiyimiz
mütəşəkkil insan qrupları Orta əsrlər Avropasında qildiyalar adlanardı.
Onlar öz peşəkar qruplarının maraqlarının təmsil edib, onların əmək-
lərin keyfiyyət standartlarını və ödənişlərini nəzarətdə saxlayırdılar. Bu
kimi təşkilatlar ABŞ-da assosiasiyalar adlanır. İlk Amerika assosiasi
yaları XVIII əsrdə əmələ gəlib. Onların arasında ən ilki Rod-Aylend
ştatının şam işi ustalarının peşəkar birliyi olmuşdur.
Qonaqpərvərlik və turizm sənayesində ABŞ-ın bir sıra assosi
asiyaları mövcuddur:
❖ The American Hotel & Motel Association (Amerika Otel və
Motel Assosiasiyası)
❖ The National Restaurant Association (Milli Restoranlar
Assosiasiyası)
❖ The International Association of Convention & Visitors
Bureaus (Qonaqların cəlb edilməsi və konfransların
keçirilməsi üzrə büroların Beynəlxalq Assosiasiyası)
❖ Club Managers Association (Klub Menecerlərinin Assosia
siyası)
❖ Meeting Planers Association (Konfrans və İclasların Təşki
latçılarının Assosiasiyası)
iqtisadiyyatın qonaqpərvərlik kimi sahəsi üçün assosiasiyalar
yeganə müstəqil siyasi qüvvə olaraq aşağıdakı faydaları verməkdə
dirlər:
❖ siyasi əhəmiyyəti;
❖ marketinq kanalları (vasitələri);
❖ peşəkar tədris;
152
❖ assosiasiya üzvlərinə imtiyazlı xidmət;
❖ şəbəkə sisteminə daxil olma.
Minlərlə assosiasiya Amerikanın və dünyanın müxtəlif
yerlərində hər il öz konfranslarını keçirir. Bəziləri ənənəvi olaraq bu
tədbirləri məhz eyni yerdə keçirirlər.