Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Tədbirlərin növləri (tipləri)


səhifə63/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   59   60   61   62   63   64   65   66   ...   98
Mehmanxana teserrufati

Tədbirlərin növləri (tipləri)
• Müşavirələr - bu tədbir zamanı məlumatlar mübadiləsi apar­
maq məqsədilə insanlar görüşürlər. Müşavirələrin aşağıdakı 
növləri (tipi) olur:
• 
Mövzu kursları - təhsil istiqamətli tədbirlər, bunlar zamanı işti­
rakçılar hər hansı bir sualı adətən əməli olaraq kiçik qruplarla, 
sonra isə birlikdə müzakirə edirlər.
• 
Diskussiya (mübahisə) - hər bir iştirakçıya toxunan problem­
lərin müzakirəsi. Adətən mübahisələr zamanı bir-birinə zidd bir 
sıra fikir aşkar olur. Bunları mübahisə aparan iki ekspert ifadə 
edir, digər iştirakçılar isə tərəflərdən birini müdafiə edərək öz 
nöqteyi- nəzərlərini bildirirlər.

Seminar - iştirakçılara hər hansı bir məsələ üzrə fikirlərlərini 
bölüşməyə imkan verən dialoq üsulunda keçən məşğələlər. 
Adətən seminarda 30 nəfərə gədər iştirakçı olur, müzakirəyə 
isə təcrübəli ekspert başçılıq edir.

Simpozium - bu tədbirlər zamanı ekspertlər hər hansı bir prob­
lem üzrə öz mülahizələrini bildirirlər və onların fikirləri sonrakı 
tədqiqat üçün ümumləşdirilir.

İşçi qrupu (bölmə) - ekspert tərəfindən rəhbərlik edilən kiçik 
iştirakçılar qrupu. Birgə iş prosesi zamanı iştirakçılar hər hansı 
səciyyəvi olmayan məsələ üzrə əyani təcrübə qazanırlar.
Bu növ müşavirələri adətən korporasiyalar, assosiasiyalar, təd­
ris, dini və hərbi təşkilatlar (müəssisələr) təşkil edir. Müşavirələrdə işti­
raka müxtəlif sayda insanlar cəlb edilə bilər.
iri müşavirələr ciddi hazırlıq və planlaşdırma tələb edir. Onlar 
keçirildikləri şəhərlərə faydalı olurlar. Müşavirə iştirakçıları orta səviy­
yədə pul xərcləyən qonaqlardan təqribən iki dəfə artıq vəsait xərcləyir.
153


Müşavirələrin təşkili müştərinin tələbləri əsasında keçirilir. Mü­
şavirənin növündən asılı olaraq onların keçirildiyi yerlərdə mebellərin 
quraşdırılması müxtəlif ola bilər. Adətən mebelin 3 növ quraşdırılma- 
sından istifadə olunur: teatral, sinif və kollegial. Teatral növ (teatrdaki 
kimi uzununa oturacaq sıraları və çıxış edən üçün kürsü) geniş 
auditoriya üçün daha uyğundur ki. burada müşavirə iştirakçıları yalnız 
çıxış edəni dinləyirlər. Sinif növü (masa və oturacaqlar sinifdəki kimi 
üç, dörd sıra ilə düzülür) iştirakçıların sayı az olduqda və onlar qeydlər 
aparmaq, sənədlərə və digər məlumat ədəbiyyatına baxmaq zərurəti 
olduqda daha əlverişli sayılır. Kollegial növ (kiçik iştirakçılar qrupu 
geniş düzbucaqlı masa arxasında əyləşir) «işçi qrupu» tipli müşavirələr 
üçün əlverişli hesab olunur.
Sərgilər, ticarət-sənaye yarmarkaları, prezentasiyalar (təq­
dimatlar), sərgilər, mallar, avadanlıq və xidmətlər təqdim edənləri birgə 
yığaraq onlara bütün bunları eyni zamanda adı çəkilən tədbir iştirak­
çılarına nümayiş etdirmək imkanı yaradan tədbirlərdir. Eksponentlər 
(sərgi iştirakçıları) adətən təşkilatçılara öz mallarını (xidmətlərini) 
nümayiş etdirmək hüququna görə ödənişlər edirlər. Onlar (eksponen­
tlər) tədbir iştirakçılarına təsir göstərmək, əlaqələr yaratmaq, satışı 
artırmaqa və s. cəhdlər göstərirlər. Sərgilər müxtəlif istehsalçılar və ya 
onların nümayəndələri üçün ayrıca hissələrə bölünərək minlərlə kvad­
ratmetr sahəni əhatə edə bilər. Qonaqpərvərlik sənayesində geniş 
reklam olunan və daha çox iştirakçı yığan sərgilər Amerika Otelləri
Motelləri və Milli Restoranlar Assosiasiyası tərəfindən təşkil edilir (Nyu- 
Yorkda Cavits Mərkəzində).

Yüklə

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin