Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə74/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   70   71   72   73   74   75   76   77   ...   98
Mehmanxana teserrufati

18. Xidmətçi personal
18.1. 
ixtisas
Bütün kateqoriyalar 
Bütün xidmətçi personal ixtisas
üzrə hazırlıq keçməlidir. Hazırlıq 
dərəcəsi və ixtisaslaşdırma işçilər 
tərəfindən təklif olunan xidmətlərə 
müvafiq olmalıdır. Mehmanxana 
əməkdaşlarından ən azı bir nəfər 
mehmanxana sakinlərinin təhlükə­
sizliyinin qorunması üzrə təlim, bir 
nəfər isə ictimai iaşə sahəsində 
təhlükəsizlik üzrə hazırlıq kursunu 
keçməlidir.
180
18.1.1. Xarici dilləri bilmə 
1 ulduz
Qəbul xidməti işçilərinin bir bey­
nəlxalq xarici dili və ya bu rayonda 
xarici müştərilərin ən çox istifadə 
etdikləri dili kifayət qədər bilməsi.
2 ulduz
Həmçinin.
3 ulduz
Sakinlərlə əlaqədə olan bütün iş­
çilərin ən azı iki beynəlxalq ünsiy­
yət dilini və yaxud bu rayonda 
xarici müştərilərin ən çox istifadə 
etdikləri digər dilləri lazımi dərə­
cədə bilmələri zəruridir.
4 ulduz
Həmçinin yuxarıdakı, lakin bu 
dillər üzrə bilik səviyyəsi yaxşı 
olmalıdır.
5 ulduz
Əsas xidmətlər üzrə çalışan bütün 
işçilərin beynəlxalq ünsiyyət dillərini 
və yaxud bu rayonda xarici müştə­
rilərin ən çox istifadə etdikləri digər 
dilləri bilmələri zəruridir. Sakinlərlə 
əlaqədə olan bütün işçilərin ən azı 
üç bu cür dili sərbəst bilməsi.
18.2. 
Tibbi sağlamlıq tələbləri
Bütün kateqoriyalar
Bütün işçi heyəti sağlam olmalıdır. 
Bunun üçün bütün əməkdaşlar 
mütəmadi olaraq tibbi yoxlamalar­
dan keçməli və müvafiq sertifikat­
lara malik olmalıdırlar.
18.3. 
Davranış
Bütün kateqoriyalar
İşçilər müəssisədə qonaqpərvərlik 
mühitinin yaradılmasına qadir ol­
malı, sakinlərlə səmimi, səbirli,
181


18.4. 
Geyim forması
təmkinli, onların xahişlərini vicdan­
la yerinə yetirməyə hazır olmalı­
dırlar.
Bütün kateqoriyalar
Sakinlərlə əlaqədə olan işçilər 
üzərində işçinin adı və soyadı 
göstərilmiş nişanlı geyim forması­
na malik olmalıdırlar. Geyim for­
ması hər zaman təmiz və səliqəli 
olmalıdır.
18.5. 
işçi personalı üçün iş şəraiti
Bütün kateqoriyalar 
işçi personalının sanitariyası, İsti-
18.6. 
Personalın sayı
rahəti və qidalanması üçün ayrıca iş 
şəraitləri yaradılmalıdır. Bu şərait­
lərin həcmi işçilərin sayına müvafiq 
olmalıdır.
Bütün kateqoriyalar
İşçi personalının sayı müştərilərə 
effektli və fasiləsiz xidmət göstəril­
məsini təmin edəcək qədər kifayət 
sayda olmalıdır.

Yüklə

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin