Mehmanxanada hər 10 nömrə üçün tövsiyə olunan işçilərin sayı (minimum): 1 ulduz
2 ulduz
3 ulduz
4 və artıq
6
8
4 ulduz
12
5 ulduz
20
182
Əlavə 2
BEYNƏLXALQ MEHMANXANA QAYDALARI 2 noyabr 1981-ci ildə Nepalın paytaxtı Katmandu şəhərində Beynəlxalq Mehmanxana Assosiasiyası Şurası tərəfindən qəbul olunmuşdur Giriş Beynəlxalq mehmanxana qaydaları ilk dəfə olaraq 60 il bundan
əvvəl
Beynəlxalq
Mehmanxana Assosiasiyası tərəfindən
dərc
olunmuşdur. Bundan sonra bu qaydalara bir neçə dəfə yenidən
baxılmışdır. Lakin beynəlxalq turizmin son 20 ildə inkişafını nəzərə
alaraq bu qaydalara yenidən baxılması zəruri hesab olunur.
I. Məqsəd Beynəlxalq mehmanxana qaydalarının məqsədi mehmanxana
larda yerləşdirmək haqqında müqavilələrə aid məsələlərin tənzimlən
məsi üçün ümumi qəbul edilmiş beynəlxalq ticarət təcrübəsinin ko-
difikasiyasından, yəni sistemə salınmasından ibarətdir. Bu qaydalar
qonaqların və mehmanxana sahiblərinin qarşılıqlı hüquq və məsuliy
yətləri barədə onlara məlumat verməyə xidmət etməlidir.
Bu qaydalar dövlətlərin milli qanunvericiliyində müqavilə müna
sibətlərinə aid olaraq nəzərdə tutulmuş əsasnamə və nizamnamələrə
əlavələr kimi çıxış edir. Bu qaydalar həmin dövlətlərin qanunve
riciliyində mehmanxanada yerləşdirmə müqaviləsinə aid spesifik qay
daların mövcud olmadığı təqdirdə tətbiq edilir.
II. M üqavilənin tərəfləri Mehmanxanada qalan şəxs müqavilənin tərəfi kimi iştirak
etməyə bilər, belə ki, mehmanxanada yerləşdirmə haqqında müqavilə
onun adından üçüncü bir tərəflə bağlana bilər. Bu qaydalar
çərçivəsində m üştəri termini mehmanxanada yerləşdirmə haqqında
müqaviləni bağlamış və bu cür yerləşdirmə üçün haqqın ödənilməsinə
görə məsuliyyət daşıyan hər hansı bir fərdi və ya hüquqi şəxsi təmsil
edir. Qonaq termini mehmanxanada qalmaq və ya yerləşdirilmək
arzusunda olan fərdi nəzərdə tutur.
183