Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Maddə 8. Müqavilənin pozulması


səhifə78/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   98
Mehmanxana teserrufati

Maddə 8. Müqavilənin pozulması
Müqavilə üzrə vəzifələrin ciddi və ya təkrarlanan pozulmaları 
zərərçəkən tərəfin müqaviləni qabaqcadan bildiriş etmədən dərhal 
dayandırmasına hüquq verir.
II HİSSƏ
DİGƏR VƏZİFƏLƏR
Maddə 1. Mehmanxana sahibinin məsuliyyəti
Mehmanxana sahibinin hüquqi məsulliyyəti dövlət qanun­
vericiliyi tərəfindən müəyyən olunur.
Dövlət qanunvericiliyində müvafiq nizamnamələrin və ya 
əsasnamələrin olmadığı halda Avropa Konvensiyasının 17 dekabr 
1962-ci ildə qəbul edilmiş əsasnaməsi tətbiq olunmalıdır.
Mehmanxana sahibinin və ya onun işçilərinin günahı aşkar 
olunduğu hallar istisna olmaqla, mehmanxanada qalan qonağa 
məxsus əşyalara görə məsuliyyət, adətən, məhdud xarakter daşıyır.
Mehmanxananın qiymətli əşyaları qəbul etmə vəzifəsi həmin 
mehmanxananın ölçüsündən və dərəcəsindən asılıdır.
Qonağı vaxtında məlumatlandırmaqla qiymətli əşyalara görə 
məsuliyyəti məntiqi şəkildə məhdudlaşdırmaq mümkündür.
Mehmanxana sahibi qonaqların avtomaşınlarına və onların 
içindəkilərə görə məsuliyyət daşımır.
Maddə 2. Qonağın/müştərinin məsuliyyəti
Qonaq (müştəri) şəxslərə, binaya, dekorasiyaya və avadanlığa 
vurduğu hər hansı zərərə görə mehmanxana sahibi qarşısında hüquqi 
məsuliyyət daşıyır.
Maddə 3. Qonağa məxsus əmlakın saxlanılması
Mehmanxanaya ödənilməli hər hansı məbləğin ödəniş təminatı 
kimi o, qonağın mehmanxanaya gətirdiyi istənilən əmlakı saxlamaq və 
gələcəkdə ticarət qiymətinə uyğun olaraq satmaq hüququna malikdir.
I86
Maddə 4. Qonağın davranışı
Qonaq mehmanxanada qəbul olnmuş adət və daxili nizam 
qaydalarına uyğun davranmalıdır.
Daxili nizam qaydalarının ciddi və ya təkrarlanan pozuntusu 
mehmanxanaya müqaviləni qabaqcadan xəbərdarlıq etmədən dərhal 
ləğv etməsinə hüquq verir.
Maddə 5. Ev heyvanları
Qonaq mehmanxanaya özü ilə birgə ev heyvanlarını gətirmək 
arzusunda olduğu zaman o buna həmin mehmanxananın daxili nizam 
qaydaları tərəfindən icazə verilməsinə qabaqcadan əmin olmalıdır.

Yüklə

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin