Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Maddə 6. Nömrələrin tutulması və azad edilməsi


səhifə79/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   98
Mehmanxana teserrufati

Maddə 6. Nömrələrin tutulması və azad edilməsi
Başqa cür nəzərdə tutulmadığı halda qonaq üçün sifariş 
olunmuş nömrə(lər) saat 14.00 üçün, mehmanxanadan çıxan 
qonaqların nömrələri isə saat 12.00 üçün hazır olmalıdır.
187


Əlavə 3
MEHMANXANA VƏ DAŞIYICI ARASINDA BAĞLANAN 
RAZILAŞMA (SAZİŞ) VƏ STANDART MÜQAVİLƏ
Beynəlxalq Mehmanxana Assosiasiyası (BMA) və Yol Nəqliyyatı 
iştirakçılarının Beynəlxalq ittifaqı (YNİBİ) tərəfindən 
1994-cü ildə qəbul olunmuşdur
(Çıxarış)
Maddə 1
1. 
BMA və YNİBİ üzvlərinin nəzərinə aşağıdakı məqsədlərlə 
standart yerləşdirmə qaydaları ilə (sonralar «standart kontrakt») 
birgə standart kontraktlar təqdim edəcəklər:
• 
daxili, habelə beynəlxalq səviyyədə mehmanxanalarla daşıma 
müəssisələri arasında müqavilə münasibətlərinin təkmilləş- 
dirilməsində köməklik məqsədilə;
• 
mehmanxanalarda 
yerləşdirmə 
ilə 
avtobus 
turlarının 
yaranmasına köməklik;
• 
mehmanxana sahibkarlarının bilavasitə müştərilərə təqdim 
olunan xidmətlər səviyyəsiylə müqayisədə avtobus turlarını 
alan şəxslər üçün bu xidmətlərin eyni səviyyəsinin təqdim 
edilməsi.
2. Standart müqavilələrin tətbiq edilməsi daşıma müəssisələri və 
mehmanxanalar tərəfindən könüllüdür. Müqavilələrin şərtləri 
tərəflərin standart müqavilə formasını imzaladıqları andan tətbiq 
edilməlidir.
Maddə 2
1. 
BMA və YNİBİ bərabər saylı nümayəndələrindən ibarət hazırkı 
razılaşmanın (sazişin) və standart müqavilələrin düzgün tətbiq 
edilməsinə nəzarət və hər iki təşkilatın müvafiq səlahiyyətli 
orqanlarına məlumatların təqdim edilməsi kimi vəzifə borcları olan 
birgə BMA/YNİBİ komissiyası yaradacaqlar. Tərəflərin ehtiyac­
larına müvafiq olaraq standart müqavilələrə müxtəlif düzəliş və 
dəyişikliklər əlavə edilməsi barədə bu komissiya qeyd olunan 
orqanların müzakirəsinə təkliflər irəli sürə bilər. Habelə bu
188
komissiyaya standart müqavilələrin müddəalarının şərh edilməsi 
və Mehmanxanalarda Yerləşdirmə haqqında Standart Qaydalarda 
qeyd olunan müvafiq funksiyaların yerinə yetirilməsi hüququ verilir.
2. Birləşmiş komissiya müqavilənin tərəflərinin hər hansı birinin 
tələbiylə, birgə qərar nəticəsində seçilmiş yerdə toplanacaq. 
Komissiyanın sədri növbəliklə BMA və YNİBİ nümayəndələrindən 
olacaq.
3. 
Komissiyanın bütün qərarları yekdilliklə qəbul edilməlidir.
Maddə 3
1. 
Hazırkı razılaşma (saziş) 2 il müddətinə bağlanılır. Razılaşmanın 
müddətinin bitdiyi ilə əlaqədar olaraq hər hansı bir tərəf onun 
pozulması haqqında arzu irəli sürməzsə, o, növbəti 2 il müddətinə 
avtomatik olaraq uzadılacaq; bu kimi arzu haqqında bildiriş yazılı 
şəkildə razılaşmanın (sazişin) müddətinin bitməsinə ən azı 6 ay 
qalmış qeyd olunmalıdır.
2. Razılaşmanın (sazişin) pozulduğu halda daşıma müəssisələri və 
mehmanxanalar arasında yaranmış standart müqavilələrə əsasən 
mübahisələrin həlli məqsədilə 2-ci maddənin müddəaları qüvvədə 
qalır.
Maddə 4
1. 
Hazırkı razılaşma (saziş) və standart müqavilələr iki nüsxədə -
ingilis və fransız dillərində təqdim edilmişdir: hər tərəf bir nüsxə 
almışdır.
2. 
Tərcümə olunarkən yarana bilən yanlışlıq nəticəsində hər hansı 
anlaşılmazlığa yol verilməməsi məqsədilə qərara alınmışdır ki, 
fransız variantı orijinal kimi qəbul olunsun.
BMA-nın prezidenti 
YNİBİ-nin prezidenti
189



Yüklə

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin