Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Mehmanxanalarda Yerləşdirmənin Standart Qaydaları


səhifə80/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   ...   98
Mehmanxana teserrufati

Mehmanxanalarda Yerləşdirmənin Standart Qaydaları
(Çıxarış)
I. Ümumi müddəalar
1. 
Bağlanmış kontrakt (1 və 2-ci maddələr) aşağıda göstərilən Meh­
manxanalarda Yerləşdirmə Qaydalarına (3 və 4-cü maddələr)
müvafiq olaraq həyata keçiriləcək.
2. Anlaşılmazlıqlara yol verilməməsi məqsədilə aşağıda göstərilən
məfhumlar dəqiq tərif edilməlidir:
• 
«müəssisə» (təşkilat) - mehmanxana və/və ya restoran;
• 
«qrup» - mehmanxanaya birgə gəlib-gedən, bir hesab 
əsasında hesablaşan ən azı 15 ödəmə qabiliyyətli şəxs;
• 
«sifarişin şərtlərini daxil edən siyahı» - aşağıdakıları əks edən 
siyahı:
a) qrupa daxil olan şəxslərin adı, familiyası və cinsi (kişi/qadın);
b) qrupa göstərilməli olan xidmətlərin və otaqların bölünməsi haqqında
məlumat;
c) müəssisənin yerləşdiyi ölkənin polisi tərəfindən tələb oluna bilən
məlumatlar;
• 
«əlavə saatlarda xidmət göstərmə» - kontraktda nəzərdə 
tutulmamış vaxt ərzində göstərilən xidmət (əlavə xidmət);
• 
«əvvəlcədən olunmuş sifarişin qabaqcadan ödənişi» - son 
hesabdan çıxılan və daşıyıcının üzərinə götürdüyü öhdəliklərin 
yerinə yetirilmədiyi halda geri qaytarılmayan və kontraktın 
şərtlərinin yerinə yetirildiyinə qədər olunmuş inzibati ödənişlər;
• 
«zəmanət depoziti»- kontaktın şərtlərinə və ya yaranmış 
hüquqi vəziyyətlərə müvafiq olaraq kontrakta şamil olunan 
şərtlər və ya hüquqi əsaslar nəticəsində kontraktın pozulduğu 
halda qaytarılmağa məruz qalan, kontraktın şərtləri yerinə ye­
tirildiyinə qədər ödənilən və son hesabdan çıxılan məbləğ;
• 
«girov» - şamil olunan milli qanunvericilik göstərilən formanı 
qəbul edərsə, kontraktın hər hansı tərəfinin xeyrinə olan 
cərimə (tam ödənilmə). Girov aşağıdakı hallarda ödənilir: 
aşağıda göstərilən səbəblər ucbatından üzərinə götürdüyü 
öhdəliklərin yerinə yetirilmədiyi halda daşıyıcı tərəfindən;
190
ikiqat miqdarda mehmanxana sahibi tərəfindən, əgər o, 
üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə;
• 
«yazılı şəkildə və qeydiyyatdan keçmiş» - bu məfhumun rəsmi 
məktub, teleks, telefaks, teleqram və ya kompüter vasitəsilə 
olunan müraciəti nəzərdə tutulur.

Yüklə

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin