Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


II. Kontraktın hazırlanması və onun şərtlərinə əməl edilməsi


səhifə81/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   98
Mehmanxana teserrufati

II. Kontraktın hazırlanması və onun şərtlərinə əməl edilməsi
1. 
Kontrakt iki nüsxədə hazırlanıb imzalanmalıdır; hər tərəf bir 
nüsxə alır.
2. 
Kontakta hər bir dəyişiklik, əlavə və ya qoşma və yaxud si­
farişin ləğv edilməsi yalnız onlar yazılı şəkildə və tərəflərlə 
imzalandığı halda etibarlı hesab edilir.
III. Sifarişin ləğv edilməsi və ya qrupun «qaibi»
1. Kontraktın 5-ci paraqrafında göstərilən müddət bitdikdən sonra
sifarişin tam ləğvi və bunun nəticəsində müəssisənin öz itkilərini
digər sifarişlər hesabına ödəməsi mümkün olmadıqda, o,
aşağıdakı hüquqlara malik olur:
• 
Kontraktda nəzərdə tutulubsa, qabaqcadan olunmuş sifarişin 
və yaxud girovun məbləğini tutmaq;
• 
Əgər qabaqcadan olunmuş sifarişin ödənişi və yaxud girov 
nəzərdə tutulmayıbsa, istifadə olunmamış xidmətlərin 2/3 
məbləği və ya əgər sifarişin ləğv edilməsi, yaxud azaldılması 
qrupun nəzərdə tutulmuş gəlmə vaxtına 72 saat qalmış və ya 
daha 
az 
müddətdə 
olmuşdursa, 
istifadə 
olunmamış 
xidmətlərin 
3/4 
məbləği 
haqqında 
iddia/reklamasiya 
qaldırılması. Bu məqsədlə müəssisə zəmanət depozitindən və 
ya qabaqcadan olunmuş ödənişdən (əgər bunlar kontraktda 
nəzərdə tutulubsa), qabaqkı paraqrafın müddəalarına əsasən, 
kompensasiya məbləği tuta bilər.
Bu mexanizm habelə qismən ləğv edilmə zamanı da tətbiq edilir. 
Lakin bu halda əvvəlcədən olunmuş sifarişin ödənişi və ya yalnız 
öz sifarişlərini ləğv eləmiş şəxslərin girovları tutula bilər.
Qrupun vaxtından əvvəl getməsi zamanı müəssisə istifadə 
olunmamış xidmətlərə görə sanki istifadə olunmuş xidmətlər kimi 
hesab kəsmək hüququna malikdir.
I91


Yalnız əgər vaxtından tez getmənin səbəbkarı müəssisə olmuş və
ya istifadə olunmamış xidmətlər yenidən satıla bilərsə, bu hal
hüququnu itirmiş hesab edilir.
4. Qrupun «qaibi» (gəlməməsi) sifarişin tam ləğv edilməsi kimi qəbul 
olunacaq. Hazırkı sənədin 5-ci paraqrafına müvafiq olaraq 
müəssisə müəyyən edilmiş tarixdən bir gün sonra öz xidmətlərinin 
yenidən satılması (digər müştəriyə) və yaxud konpensasiya tələb 
etmə hüququnu əldə edir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin