Vli. Daşıyıcının öhdəlikləri 1. Kontraktda göstərilən öhdəliklərə əsasən daşıyıcı üzərinə götürül
müş şərtlərə riayət etməlidir. Pozuntulara yol verildiyi halda o, kon
traktın müddəalarına və hazırkı qaydalara əsasən, müəssisəyə
kompensasiya ödənişləri etməlidir.
2. Daşıyıcı yalnız kontraktda nəzərdə tutulmuşlara görə ödəniş
aparır. Müəssisə tərəfindən verilmiş hesablarda göstərilmiş ödəniş
cədvəllərinə və müddətlərə daşıyıcının əməl etməsi bir qayda kimi
qəbul edilir.
3. Kontraktda nəzərdə tutulmuş kompensasiya ödənişlərindən əlavə
daşıyıcı sərnişin və ya avtobusun ekipajı tərəfindən müəssisəyə
vurulması mümkün olan maddi ziyana görə məsuliyyət daşıyır
(Kompensasiya zamini hesab edilir).
4. Sərnişinlər və ekipaj mehmanxananın nömrələrini, digər razılaşma
olmadıqda, getməyə ən azı yarım gün qalmış tərk etməlidirlər.
VIII. Tərəflər arasında qarşılıqlı əlaqələr 1.
Qrupun müəssisəyə gəlməzdən əvvəl axrıncı qaldığı yer haqqında
müəssisə tərəfindən qoyulan sualı daşıyıcı cavablandırmağa
borcludur.
2.
Əgər tərəflərdən biri razılaşmanın şərtlərinin həyata keçirilməsinə
hər hansı maneə (əngəl) olduğu haqqında bilsə, o bu barədə
dərhal şərik tərəfi (tərəfdaşı) məlumatlandırmalıdır. Tərəflər birgə
bu vəziyyətdən ən azı maliyyə və maddi, o cümlədən sərnişinlər
tərəfindən vurula bilən ziyanı təmin edən çıxış tapmağa cəhd
göstərməlidirlər.
3.
Yuxarıda qeyd olunan maneələr (əngəllər) haqqında bilən tərəf bu
barədə yaranmış vəziyyətə görə şərikinə (tərəfdaşına) məlumat
vermək imkanı olmadıqda, o özü şərikinə (tərəfdaşına) dəyilməsi
mümkün olan ziyanların azaldılması üçün zəruri olan tədbirləri
(ölçüləri) görməlidir.
4.
Şərik (tərəfdaş) tərəfindən göstərilən xidmətlərin keyfiyyətini
şübhə altına qoya və ya şərikin peşəkar adına xələl gətirə bilən
müştərilərə
verilən
hər
hansı
bəyannamələrdən
tərəflər
çəkinməlidir.
194