Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Maddə 6. Məcəllənin tətbiqedilmə sahələri


səhifə86/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   98
Mehmanxana teserrufati

Maddə 6. Məcəllənin tətbiqedilmə sahələri
Məcəllə turizm agentlikləri və mehmanxana sahibləri arasında 
müqavilələrin 
(mehmanxana 
müqavilələri 
adı altında 
tanınan) 
bağlandığı zaman istifadə olunması üçün qəbul edilmişdir.
Məcəllənin hər hansı əsasnamələrinin milli (xüsusən antiinhisar) 
və yaxud beynəlxalq qanunlara zidd olması aşkar edildikdə müəlliflər 
bunların etibarsız olması barədə razılığa gəlirlər.
Maddə 7. Mehmanxana müqaviləsinin tərifi
Bu mətndə «mehmanxana müqaviləsi» altında mehmanxana 
sahibinin turizm agentliyinin müştərisi olan müştəriyə və ya müştəri 
qrupuna mehmanxana xidmətlərinin göstərilməsinə razılığı şərtləşdirən 
müqavilə nəzərdə tutulur.
Maddə 8. Bronlama
a. Bütün mehmanxana müqavilələri mehmanxana sahibinə 
bronlama haqqında sorğu göndərən turizm agentliyinin təşəbbüsü ilə 
bağlanılır.
b. Mehmanxana sahibinə edilən şifahi sorğu dərhal yazılı 
surətdə (məktub, teleqram, teleks, faks və s.) təkrarlanmalıdır.
c. Hər bir sorğuda tələb olunan xidmətlərin siyahısı əks olun­
malıdır.
Maddə 9. Müqavilənin tərkib hissələri
a. 
Turizm agentliyindən sorğu alındıqdan sonra mehmanxana 
sahibi bronlamanı tələb olunan xidmətlərin qiymətlərini göstərməklə 
yazılı surətdə (məktub, teleqram, teleks, faks və s.) təsdiqləməli və
198
yaxud bronlama sorğusuna aşkar istinad etməklə bron nömrəsini 
kompüter vasitəsilə təqdim etməlidir.
b. 
Turizm agentliyi mehmanxana sahibinin təklif etdiyi şərtlərlə 
razılığını dərhal (və yaxud mehmanxana sahibinin təsbit etdiyi vaxt 
çərçivəsində) yazılı şəkildə təsdiqləməlidir.
Maddə 10. Bronlamanı təsdiqləyən sənəd
a. Yol vərəqəsinin (putyovka) qəbul edilməsi
Mehmanxana sahibi məbləğin bir hissəsinin qabaqcadan
ödənilməsini və yaxud avans ödənilməsini tələb edə bilər. Bunu 
etmədiyi halda o, turizm agentliyi ilə razılaşdırılmış formalı yol 
vərəqəsini qəbul etməlidir. Dəqiq olaraq başqa cür razılaşdırılmadığı 
halda turizm agentliyi müştərinin mehmanxana sahibinə təqdim 
olunduğu yol vərəqəsinin ödəmə təminatı olmasını qəbul edir.
b. Digər şərtlərlə yanaşı, yol vərəqəsində (putyovkada) aşağı­
dakılar göstərilir: çatma və çıxma tarixləri, nəqliyyat növü və 
mehmanxana tərəfindən göstərilən xüsusi xidmətlər.
c. 
Standart mehmanxana 
xidmətlərindən 
başqa, 
əlavə 
xidmətlərin göstərilməsini də nəzərdə tutan yol vərəqələrinin 
(putyovkaların) verildiyi zaman turizm agentliyi və mehmanxana sahibi 
arasında təklif olunan xidmətlər və kreditin maksimal məbləği haqqında 
qabaqcadan mütləq yazılı şəkildə razılıq əldə olunmalıdır.

Yüklə

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin