Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Maddə 16. Mehmanxananın xəbərdar olunması


səhifə89/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   98
Mehmanxana teserrufati

Maddə 16. Mehmanxananın xəbərdar olunması
Turizm agentliyi mehmanxananı tələb olunan xidmətlər barədə 
ətraflı surətdə xəbərdar edəcəkdir.
Maddə 17. Turizm bürosunun və m üştərinin xəbərdar 
olunması
a) 
Mehmanxana sahibi bronlama sifarişini yerinə yetirə 
bilməyəcəyi halda onu qəbul etməyəcəkdir.
b) 
Mehmanxana sahibi mehmanxananın ünvanı, onun 
dərəcəsi və təklif olunan xidmətlər barədə turizm agentliyinə kifayət 
qədər ətraflı və tam məlumat verəcəkdir.
Turizm agentliyi bu məlumatlara etibar etməsini öz üzərinə 
götürür (Onun tərəfindən göndərilən müştəri vasitəsilə). Müştəri ilə 
münasibətlərdə mehmanxana sahibi və turizm agentliyi qarşı tərəfin 
təqdim etdiyi xidmətlərin keyfiyyətinə kölgə salan və yaxud onun 
peşəkar şöhrətinə zərər vuran iddialardan uzaq olmalarını öz öhdə­
lərinə götürürlər.
Maddə 18. Turizm agentliyinin xidm ətləri
Qabaqcadan başqa cür razılaşdırılmadığı halda, mehmanxana 
sahibinin mehmanxana müqaviləsi çərçivəsində müştərilərə təklif etdiyi 
xidmətlər mehmanxanada turizm agentliyi xətti ilə gəlməyən qonaqlara 
təklif olunan xidmətlərlə eyni səviyyədə olacaqdır. Müqaviləyə uyğun 
olaraq hər hansı xüsusi xidmətlərin tələb olunduğu hallarda xüsusi 
qaydalar tətbiq olunacaqdır.
Maddə 19. Nömrənin verilməsi
a) 
Müştəri mehmanxana nömrəsi ilə gəldiyi gün günortadan 
sonra saat 3-dən gec olmayaraq təmin olunmalıdır və onun gəlişi 
axşam saat 6-ya qədər gözlənilir; əks halda bronlama üçün zəmanət 
verilməli və ya onun gec gəlişi barədə məlumat verilməlidir.
202
203


b) 
Çıxma günü müştəri mehmanxana nömrəsini günorta saat 
12.00-dan gec olmayaraq azad etməlidir.
Maddə 20. M üştərinin gəlməməsi
a) Zəmanətsiz bronlama
Mehmanxana sahibi bronu qəbul etdiyi istənilən halda nömrəni 
qonağın gəlməsi gözlənilən gün axşam saat 6-ya qədər hazır 
saxlamalıdır, axşam saat 6-dan sonra isə o, nömrəni öz rəyinə uyğun 
olaraq istifadə edə bilər.
b) Zəmanətli bronlama
Müştərinin və ya turizm agentliyinin verdiyi zəmanət nağd pulla, 
çeklə və ya kredit kartı ilə (və yaxud, əgər bu, turizm agentliyidirsə
bron haqqında sənəddə və ya yol vərəqində (putyovkada) göstərilən 
formal zəmanətlə) 12-ci maddədə təsvir olunmuş qaydaya uyğun 
olaraq ödənilir.
Müştərinin qabaqcadan şərt qoyduğu xüsusi arzusuna uyğun 
olaraq mehmanxana sahibi istənilən anda istənilən bron üçün zəmanət 
tələb edə bilər; bu halda mehmanxana sahibi qonağın gəlməsi gözlənilən 
gündən sonra gələn günün günortasına qədər nömrəni hazır saxlamalıdır, 
bundan sonra isə nömrəni öz rəyinə uyğun olaraq istifadə edə bilər.
c) Müştərinin gəlməməsi
Müştərinin gəlməməsi - müştərinin mehmanxanaya saat 6-da 
gəlib çıxmadığı 
hal nəzərdə tutulur
bu halda əsasnamənin 
gecikdirilmiş imtina haqqına (bax: maddə 15) nəzərdə tutulan şərtləri 
tətbiq olunur.
Gecikdirilmiş imtina və ya gəlməməyə görə kompensasiya 
şəklində ödənilən məbləğ qabaqcadan şərtləşdirilmədiyi halda ən azı 
mehmanxanada bir gecəlik qalma müddətinə bərabər tutulur (Lakin üç 
gecəlik qalma müddətindən çox olmayaraq).

Yüklə

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin