Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Maddə 21. Müştəri qarşısında öhdəliklərin yerinə yetirilm əsi


səhifə90/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   86   87   88   89   90   91   92   93   ...   98
Mehmanxana teserrufati

Maddə 21. Müştəri qarşısında öhdəliklərin yerinə yetirilm əsi
a) Mehmanxana sahibi öz vəzifələrini bronlamanın düzgün 
sənədləşdirilməsi və təsdiqlənməsi halında yerinə yetirmiş hesab 
olunur; o, bunu etmədiyi təqdirdə turizm agentliyinə vurulmuş faktiki 
itkilərin əvəzini ödəməlidir.
b) Mehmanxana sahibi bronun sənədləşdirildiyi və təsdiqləndiyi 
halda müştəriyə nömrə vermədiyi zaman o öz hesabına olaraq:
204
1. Müştərinin ən yaxın eyni dərəcəli mehmanxanada yerləş- 
dirilməsini təmin etməli və qiymət fərqini ödəməlidir;
2. Müştərinin gəlməsi barədə müştərini və ya turizm 
agentliyini qabaqcadan xəbərdar etməlidir, əks halda isə 
müştərinin qalma yerini dəyişməsinə görə evinə və ya iş 
yerinə vurduğu telefon zənglərinin haqqını və başqa 
mehmanxana bronlama xərclərini ödəməlidir;
3. Müştəri nömrə boşalan kimi ilkin olaraq bronlanmış meh­
manxanaya köçmə arzusunu bildirdiyi halda onun köçmə 
xərclərini ödəməlidir.
Maddə 22. Qarşısıalınmaz təsirli şəraitlərin baş verdiyi 
zaman məsuliyyətdən azad olunma prinsipi
Mehmanxana müqaviləsinin tərəflərindən biri qarşısıalınmaz 
güclü (gözlənilməyən, aradan qaldırıla bilinməyən və idarə oluna 
bilinməyən) şəraitlərin baş verməsinə görə öz vəzifələrini yerinə yetirə 
bilmədiyi halda həmin tərəf öhdəliklərindən azad olunur və heç bir 
kompensasiya ödənişinə görə məsuliyyət daşımır.
Maddə 23. Qarşısıalınmaz təsirli şəraitin baş verməsi 
barədə b ildiriş
Mehmanxana müqaviləsinin tərəflərindən biri qarşısıalınmaz 
güclü şəraitlərin baş verməsinə görə öz vəzifələrini yerinə yetirə 
bilmədiyi halda həmin tərəf malik olduğu bütün vasitələrdən istifadə 
etməklə potensial itkiləri minimuma endirmək məqsədilə qarşı tərəfə 
dərhal xəbər verməlidir.
Maddə 24. İkiqat bronlamadan çəkinmə
Turizm agentliyi bronlama üçün eyni zamanda bir neçə 
mehmanxanaya müraciət etdiyi halda o, sonradan (lakin müddət 
ərzində) lüzumsuz hesab etdiyi digər mehmanxanalardan imtina 
etməsini nəzərdə tutmaqla, eyni müştərinin (qrupun) qalması üçün bir 
neçə müqavilənin bağlanmasından çəkinməlidir. Bu halda mehman­
xana sahibinin bronu ləğv etmək və avansları qaytarmamaq hüququ 
vardır.
Çoxsaylı qrup sifarişləri halında bu cür sifarişlərin hamısı ləğv 
oluna bilər.
205



Yüklə

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin