İxtisarla (ingiliscə)
TRF
BUS
MBUS
TXT
Nəqliyyat xidməti
İxtisarların şərhi
Transfer
Avtobus
Mini-avtobus
Taksi
Ekskursiya xidməti
İxtisarla (ingiliscə)
EXW
EXB
EXA
İxtisarların şərhi
Piyada ekskursiya
Avtobusla ekskursiya
Avtomobillə ekskursiya
210
Əlavə 6
BAKI ŞƏHƏRİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN
MEHMANXANALAR HAQQINDA QISA MƏLUMAT
1. «Hyatt Park Baku» mehmanxanasının 159 nömrəsi var. Bu
nömrələrdən 41 -i VİP mərtəbədə yerləşir ki, bunun 6 nömrəsi lüks, 1-i
səfir və 1-i də prezident nömrəsidir. Lüks nömrələr VİP mərtəbədə
yerləşir. Bütün nömrələr fərdi kondisioner, seyf, fen, vanna və duş
kabinələri, mini-bar, internetə çıxış, birbaşa beynəlxalq telefon xətti ilə
təchiz olunub.
Qonaqlara 2 restoran, gecə və idman klubları, tennis kortu,
örtülü və açıq ücgüçülük hovuzu, aerobika studiyası, sauna və s.
obyektlər xidmət göstərir.
Otelin 328 m2 sahəsi olan zalı banket və konfrans keçirmək
üçün çox münasibdir.
2. «Hyatt Regency Baku» mehmanxanasında 160 nömrə var,
bunun 8-i yarımlüks və 1-i prezident nömrəsidir. Bütün nömrələr fərdi
kondisioner, fen, vanna, mini-bar, internetə çıxış, birbaşa beynəlxalq
telefon xətti ilə təmin olunub. Nömrədə çay və qəhvə hazırlamaq üçün
şərait mövcuddur. Qonaqlara 4 restoran, idman klubu, tennis kortu,
açıq və örtülü üzgüçülük hovuzu, aerobika studiyası, sauna xidmət
göstərir. Oteldə 896 m2 sahəsi olan zal banket və konfranslar üçündür.
3. «Grand Hotel Europe Baku» mehmanxanası 1 və 2 yerli 76
nömrədən ibarətdir. Bundan əlavə, oteldə 2 king suit və 16 lüks nömrə
var. Otelin üzgüçülük hovuzu, saunası, bilyard zalı qonaqlara xidmət
göstərir.
Oteldə «Caviar» və «Caspian» kimi gözəl restoranlar ləziz
yeməkləri ilə qonaqları heyran edir. Bar sutkada 24 saat işləyir. «Le
Shevalye» gecə klubu qonaqları qəbul edir.
4. «Radisson SAS» mehmanxanası mərkəzdə, Fəvvarələr
meydanında yerləşir. Sonuncu 3 mərtəbə «Plaza»dır. Oteldə 40 lüks
nömrə var. Bu nömrələr qonaq, yataq otaqlarından və mətbəx-bardan
ibarətdir. Bütün nömrələrdən internetə çıxış var. Nömrələr kondisi
oner, seyf, mini-bar, fen, radio, peyk televiziyası, birbaşa beynəlxalq
telefon xətti, qəhvə və çay hazırlamaq üçün şəraitlə təmin olunub.
211
Qəbul hollu və biznes xidməti 17-ci mərtəbədə yerləşir. Sağ
lamlıq mərkəzi fəaliyyət göstərir ki, buraya örtülü üzgüçülük hovuzu,
massaj üçün otaq, məşq zalı və s. daxildir. 17-ci mərtəbədə yerləşən
«Mənzərə» restoranı türk mətbəxinin dadlı və ləzzətli yeməklərini
qonaqlara təklif edir. «Şəhərin işıqları» adlı barda müxtəlif çeşidli
içkiləri dadmaq olar. Bundan əlavə, italyan restoranı «Vasko» və
«Delight Coner» kafeteriyası işləyir. Bütün bu restoran və barlarda
gözəl musiqi proqramları olur.
Otelin 108 m2 sahəsi olan 2 konfrans zalı var. Nömrədə yaşayan
qonaqlara sutka ərzində 24 saat yeyib-içmək xidməti göstərilir. Oteldə
həmçinin camaşırxana, kimyəvi təmizləmə xidməti və mühafizə olunan
avtomobil dayanacağı var.
5. «Meridian Otel» Bakının ən qədim və gözəl yeri olan içəri
şəhərdə yerləşir. Şərq arxitekturası üslubunda inşa olunan otel köhnə
içəri şəhərə yaraşır. Beşmərtəbəli bina ətrafdakı arxitektura abidələri
ilə həmahəng görünür. Otelin daxili interyeri ən müasir avadanlıqla və
yeni texnologiya ilə təchiz olunub. 5-ci mərtəbədə «City View»
restoranından dənizə və şəhərə gözəl mənzərə açılır. «Meridian»
barında caz musiqisinə qulaq asmaq, bilyard oynamaq, dincəlmək
üçün bütün şərait var.
Otelin 15 nömrəsi var. Bura de luxe single, junior suit və king
suit nömrələri daxildir. Nömrələr televizor, telefon, kondisioner, mini-
bar, internetə çıxışla təmin olunub. Otaqlar Avropa firmalarının «Line
Rosset» və «Berloni» mebelləri ilə təchiz olunub.
6. «Delfin Otel» - komfort, rahat mehmanxanalardan biridir.
Otelin 25 nömrəsi beynəlxalq telefon xətti, radio, kabel televiziyası,
kondisionerlə təchiz olunub. Oteldə 3 restoran, 5 bar, açıq üzgüçülük
hovuzu, tennis kortu, qolf klubu, sauna və bilyard zalı var. Otel banket
və konfrans keçirmək üçün bütün imkanlara malikdir.
7. «Wellington Heights» - 2 bloklu, 16 mərtəbəli ev tipli oteldir.
Bu otelin 58 otağı və 8 ofisi var. Burada komfort, rahatlıq və
təhlükəsizlik ön plandadır. Otel binası yanğından mühafizə standart
larına və sanitar normalara cavab verir. Nömrələrin geniş və müasir
mətbəxləri var. Onlar təmizlənmiş su ilə təmin olunur. Yataq və ona
212
bitişik vanna otaqları rahat, ceniş və müasirdir. İdmanla məşğul olmaq
üçün bütün şərait yaradılıb.
8. «City Mansion» - hər bir avadanlıqla təmin və təchiz olunmuş
qonaq evidir. Bu 4 mərtəbəli bina 39 nömrədən və 4 ofisdən ibarətdir.
Qısa və uzun müddətə qalan qonaqlara xidmət göstərmək üçün cakuzi
(vanna) və sauna ilə təchiz olunmuş otaqlar var. Oteldə idman zalı və
biznes mərkəzi fəaliyyət göstərir. Bütün otaqlar yaraşıqlı mebel, peyk
kanalları ilə işləyən televizor, istilik sistemi, kondisionerlə təchiz
olunub. Nömrələrin mətbəxində qonaqlar üçün bütün şərait yaradılıb.
9. «Abşeron» mehmanxanası şəhərin mərkəzində Azadlıq
meydanında, Dəniz vağzalının yanında yerləşir. Mehmanxananın 8-
dən çox mərtəbəsi müasir üslubda, gözəl təmir olunub. Oteldə
single/double, twin, junior suit və suit nömrələr var. Nömrələrdə peyk
kanalları ilə işləyən televizor, vanna və duş, soyuducu var. Oteldə in
ternetə çıxış var. Qonaqlara sutka ərzində xidmət göstərilir. Meh
manxanada sauna, massaj otağı və hovuz var. Otelin 16-cı
mərtəbəsində «Grand City Slub», 2-ci mərtəbədə «Şərq», «Abşeron»,
«Avropa» restoranları fəaliyyət göstərir. Otelin 1-ci mərtəbəsində
ekspres bar, 4-cü mərtəbəsində «Abşeron» kafesi işləyir.
10. «Oazis» mehmanxanasının 23 nömrəsi var ki, bunun da 2-
si birotaqlı, 2-si yarımlüks, 2-si lüks (3 otaqlı) və 19-u ikiotaqlı
nömrələrdir. Mehmanxanada açıq və örtülü üzgüçülük hovuzu, tennis
kortu, idman zalı, sauna, massaj kabineti, bar və restoran var. «Oazis»
Xəzərin sahilində, Zuğulba istirahət zonasında yerləşir.
11. «Kaspian» qonaq evi tipli otelin 5 lüks, 3 yarımlüks, 12
biryerli, 13 ikiyerli nömrələri var. Oteldə restoran, bar və yay kafesi
fəaliyyət göstərir. Otel dəniz vağzalının yanında yerləşir.
12. «AzCot» qonaq evinin 32 nömrəsi var. Bunun da 1-i lüks, 1-i
ikiyerli və 30-u biryerli nömrələrdir.
13. «Diplomat Hotel Baku» mehmanxanasının 21 birotaqlı və 3
suit nömrəsi var. Sutka ərzində 24 saat qonaqlara xidmət göstərilir.
Nömrələr restoran xidməti ilə təmin olunur. Nömrələr gündə 2 dəfə
yığışdırılır. Camaşırxana və kimyəvi təmizləmə xidməti var. Siqaret
213
çəkməyənlər üçün xüsusi otaqlar, biznes mərkəzi, konfrans zalı
qonaqların ixtiyarındadır. İnternetə çıxış pulsuzdur.
14. «Elit Hotel Baku» mehmanxanasının hər cür rahatlığı, kabel
televiziyası, mini-barı, isitmə və soyutma sistemi (kondisioner), birbaşa
telefon şəbəkəsinə çıxışı olan 55 de luxe və 4 luxe nömrələri var.
Restoran və bar qonaqlara xidmət göstərir. İnternetə çıxış pulsuzdur.
Otelin 2 konfras zalı var.
15. «The Crescent Beach Hotel & Leisure Resort» oteli Xəzər
dənizinin sahilində, mənzərəli bir yerdə 1998-ci ildə tikilmişdir. Res
toran qonaqlara amerikan, Meksika, ingilis və Azərbaycan mətbəxinin
ləziz yeməklərini təklif edir, idman kompleksində tennis kortu, voleybol,
mini-qolf, massaj kabinələri, sauna və s. var. Otelin 600 yerli elektron
avadanlıqla təchiz edilmiş konfrans zalı qonaqların sərəncamındadır.
«The Crescent Beach Hotel & Leisure Resort» otelində 262 otaq var
ki, bunlar da hərəsində 25 otaq olmaqla ikimərtəbəli 10 binada
yerləşmişdir.
16. «irşad Hotel» mehmanxanası 6 mərtəbə və 15 nömrədən
ibarətdir. Otaqlar kondisioner, soyuducu, birbaşa beynəlxalq telefon
xətti, televizor, vanna otağı, cakuzi ilə təchiz olunub. Mehmanxananın
otaqlarından şəhərin mənzərəsini və Xəzəri seyr etmək olar. Oteldə
restoran, bar, sauna, bilyard və idman zalı, banket və konfrans zalları
var.
17.
«içəri şəhər» oteli 5 mərtəbə, 8 nömrədən ibarətdir. Otel
Bakının mərkəzində, qədim içəri şəhərdə yerləşir. Oteldə qonaqlara
restoran, bar, quru kimyəvi təmizləmə və camaşırxana xidmət göstərir.
214
Yüklə Dostları ilə paylaş: |