Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə97/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   90   91   92   93   94   95   96   97   98
Mehmanxana teserrufati

Samir İsmail oğlu
BABA-ZADƏ
1967-ci ildə Bakı şəhərində doğulmuşdur.
Orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı 
institutuna (hazırda Slavyan Universiteti) daxil olmuş və həmin institutu 1993-cü 
ildə fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə Azərbaycan Dövlət Xarici Dillər institutunun xarici dillər 
kurslarının ingilis dili bölməsini fərqlənmə diplomu ilə bitirmişdir.
2002- 
ci ildə Azərbaycan Respublikasının Gənclər, idman və Turizm 
Nazirliyinin Türkiyə Turizm Nazirliyi ilə birgə təşkil etdiyi və Türkiyənin Antalya 
bölgəsində keçirilən mehmanxana təsərrüfatı kurslarını bitirmişdir.
2003- 
cü ildə «Ernst & Young» auditor şirkətinin «Müəssisələrdə daxili 
nəzarət» kurslarını bitirmişdir.
2004- 
cü ildə Azərbaycan Beynəlxalq institutunun hüquq fakültəsini 
hüquqşünas ixtisası üzrə bitirmişdir.
Tələbə olarkan əmək fəaliyyətinə başlamış və 1989-cu ildən Xarici Turizm 
üzrə SSRİ Dövlət Komitəsinin Bakıda yerləşən «Moskva» və sonralar «ANBA» 
adlanan mehmanxananın xidmət bürosunda pasportçu və II dərəcəli portye 
vəzifələrində çalışmışdır.
1993- 
cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Xarici 
Turizm Şurasının Xarici iqtisadi əlaqələr idarəsində marketinq üzrə mütəxəssis, 
ekspert, həmin təşkilatın kadrlar və mütəxəssis hazırlığı idarəsinin inspektoru və 
nəhayət, sədrin köməkçisi vəzifələrində çalışmışdır.
1994- 
cü ildə «Azərbaycan» mehmanxanasının beynəlxalq rabitə şöbəsinin 
meneceri vəzifəsinə təyin edilmişdir.
1995- 
97-ci illərdə «Qanar» özəl müəssisəsinin xarici iqtisadi əlaqələr 
şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır.
1998-ci ildə «LUKoyl» neft şirkətinin «LUKoylTrans» Bakı regional idarəsinin 
servis bölməsində işləmişdir.
2000-ci ildən «Azərbaycan Hava Yollan» Dövllət Konserninin «AZAL- 
SERVİS» müəssisəsinin C.I.P. xidmətinin növbə rəisi vəzifəsində çalışmışdır.
Hal-hazırda «Baku Steel Company» şirkətinin inzibati şöbəsinin meneceri 
vəsifəsində çalışır.
Bakı Bədən Tərbiyəsi və Turizm Kollecinin turizm fakültəsində «Mehman­
xana işi və onun təşkili» fənnindən məşğələlər aparır.
223


«Səma Qrafik» MMC-də əlyazmalardan yığılmış, səhifələnmiş 
və ofset üsulu ilə çap olunmuşdur.
Sifariş N? 1/2005. Tiraj. 1000. Qiyməti müqavilə yolu ilə. 
Yığılmağa verilmişdir: 10.12.04. Çapa imzalanmışdır. 10.02.2005. 
Ofset kağızı 1, ş.ç.v. 18.75

Yüklə

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin