Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Dünya mehmanxana şəbəkələri


səhifə11/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   98
Mehmanxana teserrufati

2.2. Dünya mehmanxana şəbəkələri
Mehmanxana təsərrüfatının gələcək inkişafı onun qlobal laşması 
ilə bağlıdır. Bu sahədə fəaliyyət göstərən şirkətlər öz ölkələri 
sərhədlərindən xaricə çıxmadan inkişaf edə bilməz. Beynəlxalq 
mehmanxana korporasiyalarının inkişafı 70-ci illərin axırında «Boinq- 
707» və «Boinq-747» təyyarələrinin meydana çıxması ilə əlaqədardır. 
O zaman beynəlxalq turizmdə sürətli inkişaf var idi ki, bu da 
beynəlxalq mehmanxana şəbəkələrinin yaranmasına səbəb olmuşdur.
Mehmanxana şəbəkələri (iki və daha çox) mehmanxana qrup­
larından ibarət olur, kollektiv biznesi həyata keçirir və vahid rəhbərliyin 
nəzarəti altında fəaliyyət göstərir. 
Mehmanxana 
şəbəkələrinin 
rəhbərliyi mehmanxanaların hər hansı bir fəaliyyətindən gəlir götürərək
19


üstünlük əldə edir, eyni zamanda, iş prosesində nöqsanların 
məsuliyyətini də daşıyır. Şəbəkələrin yaranması dünya bazarına 
yüksək səviyyəli, 
beynəlxalq standartlara 
uyğun mehmanxana 
xidmətlərinin çıxarılmasına şərait yaradır. Turist xarici ölkədə ona tanış 
olan şirkətin mehmanxanasında özünü rahat və evindəki kimi hiss edir.
Beynəlxalq mehmanxana şəbəkələrinin böyük bir qis mi ABŞ-a 
məxsusdur. Bu, lüks dərəcəli mehmanxana şəbəkələri olan «Hyatt», 
«Hilton», «West İnn» və orta dərəcəli mehmanxana şəbəkələri olan 
«Holiday İnn», «Mariott», «Şeraton», «Ramada» və başqalarından 
ibarətdir.
İnkişaf etməkdə olan ölkələrdə ABŞ mehmanxana idarəetmə 
təcrübəsinə böyük ehtiyac var idi.
ABŞ 1948-ci ildə Latın Amerikası ölkələrinin iqtisadiyyatının inki­
şafı məqsədilə bu ölkələrdə öz filiallarını açmaq və otellər tikmək üçün 
bir neçə mehmanxana şirkətinə müraciət edir. Yalnız 1950-ci illərin 
axırlarında «Pan American Airways» şirkəti buna razılıq verir. Beləliklə, 
onun «intercontinental Hotels» adlanan filialları Venesuella, Braziliya, 
Uruqvay, Çili, Kolumbiya, Meksika və Latın Amerikasının digər ölkələ­
rində yaranır. Artıq 1981-ci ildə 

Yüklə

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin