Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


DÜNYA MEHMANXANA SƏNAYESİNDƏ


səhifə15/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   98
Mehmanxana teserrufati

DÜNYA MEHMANXANA SƏNAYESİNDƏ 
İDARƏETMƏ FORMALARI
3.1. Françayzinq yolu ilə idarəetmə
Françayzinq* - İri və kiçik müstəqil müəssisələrin müqavilə mü­
nasibətləri sistemidir. Bu idarəetmədə bir xüsusiyyət vardı ki, kiçik 
mehmanxana iri məşhur mehmanxana nişanı (markası) altında fəaliy­
yət göstərir.
Beynəlxalq Françayzinq Təşkilatları Assosiasiyası françayzinqin 
geniş təyinatını verir. Françayzinq müəyyən münasibətləri təyin edir.
Françayzer" (franşizverən) françayziyə*’ * (franşizalan) qanuni 
qaydada müdafiə olunmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq 
hüququ verir, habelə bu fəaliyyətin təşkilinə, təlim-təhsil almağa və s. 
kömək edir.
Françayzer müəssisənin tam konsepsiyasını və iş üsullarını ya­
radır, franşizalan bu imtiyazlardan istifadə etmək hüququ qazanır.
Fransız mənşəli termin olmasına baxmayaraq, françayzinq müxtəlif 
spesifik müqavilə formasında ABŞ-da yaranmışdır.
1907-ci ildə «Rits-Development Company» Nyu-York firma­
sından «Rits Carlton» adını almaqla bu sistemin əsasını qoymuşdur.
1927-ci ildə Hovard Conson françayzinq müqaviləsi əsasında 
otellərini idarə etməyə başlayır. Bu ona əvvəlcə ABŞ-ın şərq 
sahillərində, sonra otra qərbdə, 60-cı illərdə Kaliforniyada öz biznesini 
genişləndirməyə 
imkan 
verir. 
Hal-hazırda 
Hovard 
Consonun 
mehmanxana şəbəkəsinə 900 müəssisə daxildir.
60-cı illərdə françayzinq mehmanxana və motellərin yüksəliş və 
inkişaf strategiyası olur. 90-cı illərdə də bu tendensiya qalmaqda idi.
Françayzinq mehmanxana sənayesində şirkətin öz fəaliyyətini 
daha dinamik aparmağa imkan verən konsepsiyadır. Şirkətin kənardan 
maliyyə cəlb edib daha sürətlə inkişaf etməsi bu konsepsiyanın əsas
' Françayzinq - etimoloji termininə görə fransız mənşəlidir - güzəşt, imtiyaz 
deməkdir.
" Françayzer - güzəşt, imtiyaz verən 
Françayz - güzəşt, imtiyaz alan
30
mahiyyətidir. Mehmanxana sənayesində françayzinqlə məşğul olan ən 
iri şirkət «Hospitality Franchise System» sayılır.
Parsippani şəhərində (Nyu-Cersi ştatı) yerləşən bu şirkətin 
5300 oteli var. Onun ardınca «Choice Hotels international» şirkəti gəlir 
(3130 otel). Bu siyahıda üçüncü yeri «Holiday inn Worldwide» (2082 
otel) tutur.

Yüklə

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin