olunan «Проблемы
иностранного туризма в
СССР» məcmuəsi bu barədə yazırdı: «Azərbaycan» mehman
xanasında yeni iş jurnalı tətbiq olunub. Bu jurnalda turistlərin qəbulu və
nömrələrin hesabatı dəqiq apanlır. Jurnalda nömrələrin bronu (sifarişi),
mərtəbələr üzrə nömrələrin sayı, lüks və yarımlüks nömrələr, qrup və
fərdi turistlərin gəlib-getmə vaxtı, fərdi qonaqların soyadı və ya təşki
latın adı və s. öz əksini tapır. Bizim fikrimizcə, mehmanxananın bu
təcrübəsi diqqəti cəlb edir.*
Qeyd etmək lazımdır ki, o vaxt üçün bu sistem çox mü hüm bir
amil idi. Ona görə ki, elektron qurğusu və kompüter sistemi yox idi.
1978-ci ildə S.Yeqanlı yeni istifadəyə verilən və respublikada ən
yüksək komforta malik olan «Moskva» («İnturist») mehmanxanasına
müdir təyin olunur. Siyavuş Yeqanlı o zaman SSRİ-də «İnturist»
sistemində ən gənc mehmanxana müdiri idi. «Moskva» mehman -
xanasında işlədiyi müddətdə o, «İnturist» sistemi üçün milli kadrların
hazırlanmasında, onların təhsil və təlimində böyük rol oynamışdır.
İşçilərin bir qismi Moskva şəhərində «İnturist»in ixtisasartırma
kurslarına, digərləri SSRİ-nin müxtəlif şəhərlərinə və xarici ölkələrə
təcrübə mübadiləsinə göndərilir.
* «Проблемы иностранного туризма в СССР». Сборник трудов, выпуск 3, Москва
1980 г., стр44.
48
«İnturistwin peşəkar işçiləri müxtəlif Ümumittifaq və beynəlxalq
müsabiqələrdə iştirak edərək layiqli yerlər tuturdu.
S. Yeqanlı turistlərə
göstərilən
xidmətin
keyfiyyətini
və
səmərəsini
artırmaq
məqsədilə
«Moskva»
mehmanxanasında
turistlərin qəbul bölməsiylə tərcüməçilərin bölməsini birləşdirərək
turistlərin qəbul və xidmət şöbəsini yaradır.
1983-cü ildə S.Yeqanlının yaratdığı bu şöbə SSRİ-də «İnturist»
sistemi üzrə turistlərə göstərdiyi yüksək keyfiyyətli xidmətə və valyuta
planını artıqlaması ilə yerinə yetirdiyinə görə birinci yerə layiq görülmüş
və şöbənin bütün işçiləri mükafatlandırılmışdı. S.Yeqanlının rəhbərlik
etdiyi «Moskva» mehmanxanası sabiq SSRİ-də «İnturist» sistemi üzrə
dəfələrlə 2 və 3-cü yerləri tutmuşdur.
S.Yeqanlı 1983-cü ildə Moskva Ümumittifaq Hüquq İnstitutunu
bitirir və həmin ildə o, «İnturist» Səhmdar Cəmiyyətinin Azərbaycan
şöbəsinin rəisi və Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici
Turizm İdarəsinin rəis müavini vəzifələrinə təyin olunur.
Daha sonra S.Yeqanlı Azərbaycan SSR-in Xarici Turizm üzrə
Baş İdarənin rəisi və SSRİ Xarici Turizm üzrə Dövlət Komitəsinin
Azərbaycan Birliyinin Baş direktoru təyin olunur. Hal-hazrda Siyavuş
Yeqanlı Bakı Biznes Mərkəzinin Baş direktorudur. S.Yeqanlı istər adi
tərcüməçi, istərsə də yüksək dövlət məmuru vəzifəsində çalışsın, o,
həmişə mehmanxana və turizm
sahəsində yüksək səviyyəli