Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə24/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   98
Mehmanxana teserrufati

mütəxəssis
o/duğunu sübut etmişdir.
Moskva hökuməti yanında Turizm, Mehmanxana və Restoran 
Biznesi Akademiyasının rektoru professor İ.A.Ryabova 29 noyabr 
2002-ci il tarixdə keçirilən bu Akademiyanın 35 illik yubileyinə dəvət 
olunan S.Yeqanlıya göndərdiyi məktubda yazırdı: «Moskva Turizm, 
Mehmanxana və Restoran Biznesi Akademiyası SSRİ Dövlət Xarici 
Turizm Komitəsini Mütəxəssislərin Təkmilləşdirmə İnstitutunun varisi 
sayaraq Sizi institutun 35 illik yubileyi münasibətilə keçirilən təntənəli 
yığıncağa dəvət edir. Sabiq SSRİ dövlətinin və Azərbaycanın 
beynəlxalq turizm əlaqələri sahəsinin qocaman işçisi olaraq Siz tərcü­
məçi vəzifəsindən Azərbaycanın turizm üzrə dövlət orqanının rəhbəri 
vəzifəsinə yüksələrək ölkənin turizm sənayesinə yüksək xid mətlər 
göstərmisiniz. Vaxtilə bizim akademiyada aldığınız biliklər də buna 
səbəb olmuşdur».
49


S.Yeqanlının kredosu turizm və mehmanxana sahəsində ça­
lışan yüksək peşəkarlığa malik işçilərə tam səlahiyyət vermək və gənc 
mütəxəssislərə inam göstərməkdir. S.Yeqanlının E.Hacıyevlə birlikdə 
yazdığı və 2003-cü ildə nəşr edilən «Международный туризм и раз­
витие туризма в Азербайджанской Республике» kitabı bu sahədə 
çalışan mütəxəssislər üçün yararlı mənbəədir.
50
FƏSİL 5
MEHMANXANALARIN TƏSNİFAT SİSTEMİ
Mehmanxanaların kateqoriyası, təqdim etdiyi müxtəlif səviyyəli 
xidmət növləri müəssisənin işinin təşkilinə, iqtisadi göstəricilərinə böyük 
təsir göstərir.
Mehmanxanaların təsnifatı problemi həmişə olduğu kimi bu gün 
də turizm və otelçilik sahəsində çalışan mütəxəssislərin diqqət 
mərkəzindədir.
Mehmanxanaların təsnifatının işlənib hazırlanması sistemi 
turizm sahəsinin mürəkkəb problemlərindən biridir.
Hazırda dünyada 30-a yaxın milli təsnifat sistemi mövcuddur. 
Dünyada vahid təsnifat sisteminə keçməyə müxtəlif amillər, o 
cümlədən mədəni-tarixi, milli ənənələr, iqlim şəraitinin müxtəlifliyi və s. 
mane olur.
Buna baxmayaraq, ümumi təsnifat əlamətləri mövcuddur. 
Müxtəlif milli təsnifat sistemlərinin mühüm fərqlərinə baxmayaraq, bu 
oxşar əlamətlər seçilir. Bunlar mehmanxananın nömrə fondunun 
tutumu (yerlərin sayı), mehmanxana müəssisəsinin funksional təyinatı 
(buna məqsədli bazar deyilir), xidmət səviyyəsi, mülkiyyət forması, 
mehmanxananın yerləşdiyi yer və sairədir.
Təbii ki, hər hansı bir təsnifat məlum həddə nisbidir. Bu nisbilik 
konkret olaraq özünü mehmanxananın bir neçə dərəcəyə aid edilə 
bilməsində və ya əksinə, heç bir dərəcəyə aid edilməməsində göstərə 
bilər.
Mehmanxana sənayesini öyrənərkən təkcə məhdud milli təs­
nifat sistemlərini bilmək kifayət etmir (Bura, əsasən, mehmanxana 
bazasının kəmiyyət xarakteristikası, göstərilən xidmətin səviyyəsi və 
keyfiyyəti aiddir).
Mehmanxanaların müxtəlif təsnifat əlamətləri həm milli, həm də 
mehmanxana sənayesi üzrə beynəlxalq statistikada istifadə olunur.
Ümumdünya Turizm Təşkilatının tövsiyəsi əsasında turistləri 
yerləşdirmə vasitələrinin standart təsnifatı qəbul olunmuşdur. Buna 
əsasən yerləşdirmə vasitələri iki dərəcəyə bölünür - kollektiv və fərdi.
51



Yüklə

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin