Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


K o llektiv və fərdi yerləşdirmə vasitələri


səhifə25/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   98
Mehmanxana teserrufati

5.1. K o llektiv və fərdi yerləşdirmə vasitələri
Kollektiv 

fərdi yerləşdirmə vasitələri deyiləndə turistlərə 
müntəzəm və ya hərdənbir gecələmək üçün yerlərin təqdim edilməsi 
başa düşülür. Bu halda mövcud nömrələrin sayı 7 və ya 10-dan aşağı 
olmamalıdır (İtaliyada 7, Rusiyada minimum 10 nömrə olmalıdır). 
Bütün nömrələr mehmanxana müəssisəsinin rəhbəri idarəçiliyində 
olmalıdır və göstərilən xidmətin səviyyəsindən, mövcud avadanlığın 
təchizatından asılı olaraq nömrələr dərəcələrə bölünür. Kollektiv 
yerləşdirmə vasitələrinə mehmanxanalar, onlara bənzər analoji yer­
ləşdirmə vasitələri, ixtisaslaşmış müəssisələr və digər yerləşdirmə 
vasitələri aid edilir.
ÜTT-nin tərifinə görə, xidmət sahəsinə və mövcud avadanlıqla 
təchiz olunmasına əsasən dərəcələrə və kateqoriyalara bölünmüş 
müəyyən nömrələr sayından ibarət, vahid rəhbərliyə tabe olan servis 
xidmətləri (ən azı yataqların sahmanlanması, otaqların və sanitar 
qovşaqlarının yığışdırılması) göstərən kollektiv yerləşdirmə 
vasitəsi 
mehmanxana
adlanır.
Bənzər (analoji) yerləşdirmə vasitələri pansionlar, mebelləşdiril- 
miş otaqlar, turist yataqxanaları və digər yerlərdən ibarət olur və 
məhdud xidmətlər göstərir (Yataqların gündəlik sahmanlanması, 
otaqların və sanitar qovşaqlarının yığışdırılması).
ixtisaslaşmış yerləşdirmə vasitələri yerləşdirmə xidməti ilə 
yanaşı, hər hansı bir ixtisaslaşmış funksiya yerinə yetirir. Bu qəbildən 
olan yerləşdirmə vasitələrinə müalicə müəssisələri, əmək və istirahət 
düşərgələri, konqres mərkəzləri aid oluna bilər. Digər 
kollektiv 
yerləşdirmə vasitələri məhdud mehmanxana xidmətləri göstərir 
(Gündəlik olaraq yataqların sahmanlanması və otaqların yığışdırılması 
istisna olmaqla).
Digər kollektiv yerləşdirmə vasitələri qrupuna yaşayış yerləri 
kimi təşkil edilmiş və istirahət üçün nəzərdə tutulmuş evlər kompleksi, 
kempinqlər və s. aiddir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin