Fərdi yerləşdirm ə vasitələrinə şəxsi yaşayış evləri, villalar,
kotteclər, icarəyə götürülmüş otaqlar, qohum və tanışlar tərəfindən
müftə verilmiş otaqlar daxildir.
Yerləşdirmə vasitələrinin bu və ya digər qruplara bölünməsi hər
bir ölkənin öz normativ və qanunverici aktları əsasında aparılır.
52
Məsələn, italiyanın «Turizmin inkişafı və təkmilləşməsi haqqında»
qanununa görə, mehmanxana təsərrüfatına turistlərin qəbulu üçün
nəzərdə tutulmuş müəssisələrə mehmanxanalar, motellər, kənd turist
kompleksləri,
pansionatlar, gənclər üçün istirahət bazaları və
düşərgələri, turist kəndləri və kənd evləri daxil edilmişdir.
Danimarka qanunvericiliynə əsasən, yerləşdirmə vasitələrinə
mehmanxanalar, motellər, kempinqlər, turist bazaları, internatlar aid
edilir.
5.2. Mehmanxanaların təsnifatlaşdırılması meyarları
Mehmanxanalar müxtəlif meyarlara görə təsnif olunur:
1. Komfort (rahatlıq) səviyyə;
2. Nömrə fondunun tutumu (yerlərin sayı);
3. Mehmanxanaların funksional təyinatı (məqsədli bazar);
4. Mehmanxananın yerləşdiyi yer;
5. Mehmanxananın işləmə müddəti;
6. Qonaqların yeməklə təminatı;
7. Qonaqların qalma müddəti (uzun və qısa);
8. Qiymətlərin səviyyəsi.
1.
Mehmanxanaların təsnifat sistemində əsas yeri
komfort (ra
hatlıq)
tutur. Komfort (rahatlıq) səviyyə mehmanxananın göstərdiyi xid
mət
keyfiyyətlərini özündə
cəmləşdirir.
Bunlar
aşağıdakılardır:
mehmanxananın nömrə fondunun vəziyyəti, nömrələrin sahəsi (m2),
biryerli (birotaqlı), çoxotaqlı, apartament nömrələrin olması. Kommunal
xidmətlərin rahatlığı, mebel inventarları, sanitar-gigiyena avadanlığının
təyinatı, yemək müəssisələri və onların vəziyyəti (kafe, bar, restoran),
mehmanxana binasının yeraltı yollarının olması, binaya bitişik ərazinin
abadlıq vəziyyəti, informasiya təminatı və texniki təchizatı, o cümlədən
telefon, peyk rabitəsi, televizor, faks, kompüter, soyuducu, mini-bar,
mini-seyf və s. Göstərdiyimiz parametrlər mehmanxanaların bütün
təsnifat sisteminə aiddir.
Yüklə Dostları ilə paylaş: |