80
Sx
em
2
.
B
a
ş
in
zib
a
tç
ın
ın
b
ö
lm
ə
s
in
in
(o
fis
in
in
)
tə
ş
k
ila
ti
s
tru
k
tu
ru
Deməli, nömrələrin orta gündəlik qiyməti həmin gün (hesabla
nan gün) 138 dollara bərabərdir.
Geniş yayılmış optimal üsullardan biri qonaqlara qiyməti yüksək
olan nömrələrin təklif olunması və alınan gəliri idarə etməkdir. Bu
üsula görə, inzibatçı qonağa dəbdəbəli, bahalı, pəncərəsi gözəl mən
zərəyə açılan nömrə təklif edir və satır.
Digər
metoda görə, müştəri sifariş etdiyi və hələ istifadə etmə
diyi nömrənin pulunu qabaqcadan güzəştli tariflə mehmanxananın he
sabına keçirir. Nəzərə almaq lazımdır ki, mehmanxana nömrələrinə
tələbat olduqda üç gündən az müddətə sifariş olunan nömrələrin
qiyməti tam ödənilir.
Tələbat (nömrə almaq arzusunda olanların sayı) və təklif (möv
cud olan nömrələrin sayı) mehmanxana nömrələrinin doldurulmasının
əsas amilləridir.
Məsələn, Bakıda keçirilən müxtəlif sərgilər,
yarmarkalar, kon
franslar və ya beynəlxalq futbol yarışları vaxtı mehmanxana nömrə
lərinə tələbat artdığına görə qiymətlər qaldırılır. Bu cür iş metodlarından
bir çox aviaşirkətlər də istifadə edir. Onlar bayram günləri, tələbələrin
tətil vaxtı və s. tədbirlərdə aviabiletlərin qiymətlərini qaldırır, tətil və
bayramlar qurtarandan
sonra adi günlərdə olduğu kimi, bəzən isə gü
zəştli qiymətlərlə aviabiletləri satırlar.
Baş inzibatçının ikinci əsas vəzifəsi qonaqların hesabat balan
sının aparmasıdır. Bu vəzifə avans depozitlərinin (müəyyən məqsədlə
saxlamaq üçün bank və ya başqa kredit idarələrinə verilən pul və
qiymətli kağız) alınması, qonaq üçün hesabın açılışı müxtəlif şöbə və
bölmələrdən alınan hesablarla başlanır. Bir çox mehmanxanalar avto
mat idarəçilik sisteminə malikdir və məlumatlar baş inzibatçının
ofisinə
verilir. Qonağın mehmanxananın müxtəlif obyektlərində qeyd olunmuş
məsrəfləri (xərcləri) onun hesabına yazılır və müştəri mehmanxanadan
gedən gün bu hesablar ödənilir. Hesablar qonağa təqdim olunur və ya
şirkətə göndərilir. Şirkətə göndərilən
hesab göstərildiyi müddətdə
ödənilməlidir. Avtomatlaşdırılmış idarəetmə sistemində nömrənin hesa
bının distansiyalı (məsafəli) nəzarəti mövcuddur. Bu sistemə görə,
qonaq öz nömrəsində teleekran vasitəsilə xərclədiyi hesablara (məs-
rfələrə) nəzarət edərək dəqiqliyini yoxlayır və bundan sonra hesabı
81
ödəyir. Qonağın məsrəfləri kredit kartına köçürülür və ya hesab şirkətə
göndərilir, surəti qonağa təqdim edilir.
Baş inzibatçının üçüncü əsas vəzifəsi qonaqlara əlavə xidmət
lərin təklif olunmasıdır. Bu bölmənin işçiləri otelin müxtəlif xidmət
sahələri haqqında tam məlumatlı olmalıdır. Bu bölmədə çalışan
işçilərin
sayı mehmanxananın kiçik və ya böyüklüyündən asılıdır. Bu bölmə
sutka ərzində üç növbə işləyir, qonaqların istək və arzularını, tələb
lərini, sifarişlərini yerinə yetirməyə çalışır.
Yüklə
Dostları ilə paylaş: