Səhər növbəsində çalışan inzibatçının əsas vəzifələri: 1.
İş jurnalının və nömrələrin doldurulmasını nəzərdən keçirib
yoxlamalı, sifariş edilən nömrəyə qonağın gəlib-gəlmədiyin;
aydınlaşdırmalı, gəlməyən qonağın nömrəsinin hesabını
mühasibata göndərməlidir.
2.
Boş nömrələri hesablamaq və təhlil etmək (Bəzi otellərdə bu
işi bronlaşdırma bölməsi görür).
3.
inzibatçı bilməlidir ki, ilk növbədə hansı nömrələri və hansı
sayda müştərilərə vermək lazımdır (Bəzi otellərdə bu işi
bronlaşdırma - sifariş qəbul edən bölmə görür).
4.
İlk növbədə lüks nömrələri və çox mühüm qonaqlar üçün ay
rılası (VİP) nömrələri seçmək və ayırmaq, konfrans və ya
simpozium olacaqsa, onun yerini təyin edib, vaxtını dəqiq
ləşdirib zalı sifariş etmək lazımdır.
5.
Mehmanxanadan gedən qonaqlar haqqında məlumatları yoxla
maq.
a) qonağın bütün məsrəflər (xərclər) hesabının yazıldığına əmin
olmalı, xüsusən axırıncı səhər yeməyi və telefon danışıqlarının pulunun
verildiyini dəqiqləşdirmək;
b) qonaqla birlikdə onun hesabının düzgün və dəqiq yazıldığını
yoxlamaq;
c) pulu kredit kartı və ya nağd almaq;
q) qonağa təqdim olunan hesabla əlaqədar anlaşılmazlıq ortaya
çıxarsa, bunu nəzakətlə yola vermək lazımdır (Məsələn, qonaq təkid
edə bilər ki, onun hesabını şirkət verməlidir, inzibatçı isə belə bir məlu
mata malik deyil);
82
d)
qonağın hesabını şirkət verməli olarsa, bu halda qonaq hesa
ba imza atmalı (təsdiq etməlidir), inzibatçı isə hesabat tərtib edib
mühasibata verir.
6. Qonağın bütün suallarına səbir və nəzakətlə cavab ver
mək.
7. Xüsusi jurnala növbə ərzində olan məlumatları, hadisələri
qeyd etmək.
8. Qonağın tələbi ilə imkan daxilində nömrədə bəzi dəyişik
liklər etmək (çarpayının və ya televizorun yerini dəyişmək).
9.
İnzibati-təsərrüfat personalına gələn mühüm və nüfuzlu qo
naqlar (VİP) üçün gül və digər lazımi şeylər hazırlamağı
tapşırmaq.
10. Nömrə açarlarının verilməsi və alınmasına nəzarət etmək
və yoxlamaq.
Növbətçi inzibatçı çətin və mürəkkəb şəraitdə işləməyi bacar
malı, özünü sakit, təmkinli və səbirli aparmalı, eyni zamanda xoşsifət
və gülərüz olmalıdır.