Gecə auditoru mehmanxanada hərəkət, yəni qonaqların gediş-
gəlişi sakitləşəndə (təxminən gecə saat 01.00-da) qalan qonaqların
kredit borclarını yoxlamağa başlayır və yekunlaşdırır.
Gecə auditorunun vəzifələri:
Axşam növbəsi inzibatçısının başa çatdıra bilmədiyi məsrəflərin
hesabını mühasibata göndərmək.
1.
Səhər növbəsi inzibatçısının uyğun gəlməyən hesablan,
məlumatlarını çatdırmaq.
2.
Mehmanxanada paralel hesabat aparmaq (Kompüter
sisteminin sıradan çıxmaq təhlükəsi olarsa).
3.
Qonaq ona təqdim olunan hesabla razılaşmırsa, auditor bu
səhvi tapıb düzəltməlidir.
4.
Sutka ərzində otelin işi haqqında əsas məlumatlar audi
torun hesabatında öz əksini tapır.
5.
Oğurluğun qarşısını almaq üçün otelin müxtəlif sahə və
bölmələrini yoxlayır.
Auditorun sutka ərzində hesabatı əsas operativ məlumatları
verir. Otelin doldurulması faizini bilmək üçün qonaqların yaşadıqları
bütün nömrələrin sayını otelin ümumi nömrələrinin sayına bölmək
lazımdır. Məsələn, 622 nömrədə qonaq qalır. Otelin ümumi nöm
rələrinin sayı 850-dir. 622:850 = 73,17 % Otelin dolma faizi 73,17 %-
dir.
Bronlaşdırm a (mehmanxanada nömrə sifarişini qəbul edən)
bölməsi (Reservation) - mehmanxanada əsas bölmələrdən biridir.
Bir sıra otellərdə bu bölmənin meneceri qəbul və xidmət şöbəsinin
direktoruna (menecerinə) tabedir və baş inzibatçı kimi eyni səlahiyyətə
malikdir. Qonaqlarda otel haqqında təəssüratı bu bölmənin işçiləri
yaradır. Onlar müştəri ilə telefon danışığı apararaq ilk ünsiyyət yaradır
və nömrə sifarişlərini qəbul edirlər. Müştəri ilə telefon danışığı aparan
işçinin telemarketinq səriştəsi və təcrübəsi olmalıdır ki, otelin üstün
cəhətləri haqqında inandırıcı məlumat verə bilsin. Bronlaşdırma
bölməsi adətən 09.00-dan 18.00-dək işləyir. Bölmənin əsas vəzifəsi
boş nömrələri müştərilərə yüksək qiymətlə satmaqdır. Lakin müştəri
bunu hiss etməməlidir. Mehmanxana nömrələrini sifariş etmək ka
nalları müxtəlifdir:
1.
Telefon, faks, kompüter sistemi, poçt, məktub, teleqramla:
2.
Korporativ müştərilər üçün telefonla sifariş pulsuzdur
(ABŞ-da bu telefonun nömrəsi 800-dür);
3.
Səyahətləri təşkil edən agentlik və ya firma;
4.
Mərkəzləşdirilmiş bronlaşdırma sistemi;
5.
Konfrans və simpoziumların təşkilatçıları;
6. Turoperatorlar;
7.
Eyni şirkətin otelinin zəmanəti ilə;
8. Aeroport telefonu ilə;
9. Sifariş edən şəxsən otelə gəlir.
Bronlaşdırma bölməsinin işindən otelin real və potensial gəliri
asılıdır. Bir çox mehmanxana şəbəkələrində mərkəzləşdirilmiş bron-
laşdırma sisteminin telefon nömrələri var. Müştəri pulsuz telefon
danışığı ilə mehmanxana şəbəkəsinin hər hansı bir otelində nömrə
sifariş edə bilər. Mərkəzləşdirilmiş bronlaşdırma sistemi operatorlara
şəbəkənin hər hansı bir otelində boş nömrə olması məlumatını almaq
imkanı verir. Mərkəzləşdirilmiş bron sistemi şəbəkənin otelləri ilə dialoq
aparır.
Təsdiq olunmuş bron-otel müştəriyə xüsusi təsdiqnamə bildirişi
göndərərək nömrənin sifarişini qəbul etdiyini təsdiqləyir. Adətən bil
dirişdə təsdiqnamənin nömrəsi göstərilir. Qonağın gəlmə və getmə
vaxtı, sifariş etdiyi nömrənin tipi, qonaqların, çarpayının sayı və digər
məqamlar göstərilə bilər. Qonaq mehmanxanaya gələndə, hər ehti
mala görə, təsdiqnamənin bildirişini özü ilə gətirməlidir.
Zəmanətli bronlaşdırma (nömrənin sifariş olunması) müştəriyə
xüsusi təsdiqnamə ilə sifariş etdiyi nömrəni almağa zəmanət verir.
Mehmanxana müştərisinin kredit kartının nömrəsini qeyd etməklə
qonağın gəlib-gəlmədiyindən asılı olmayaraq, nömrənin pulunun
alınmasını təmin edir.
Zəmanətli bronlaşdırmanın digər forması depozit (avans)
ödəmədir.
Otelin nömrələri boş qalmasın deyə qonağa təklif olunur ki,
avansla pulunu keçirsin (Ya bir gün, ya bütün yaşayış müddəti üçün).
Yüklə
Dostları ilə paylaş: