Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


 2 . Təhlükəsizlik və inzibati təsərrüfat bölmələri


səhifə38/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   98
Mehmanxana teserrufati

7 2 . Təhlükəsizlik və inzibati təsərrüfat bölmələri
Mehmanxanada təhlükəsizlik və inzibati-təsərrüfat bölmələrinin 
işi də onlann nüfuzuna təsir göstərir. Bu bölmələrdə fəaliyyət gös­
tərənlər «gölgədə» olsalar da qonaqların təhlükəsizliyi və rahatlığı 
üçün çalışır.
Mehmanxananın təhlükəsizlik bölməsi (Sekurity) - Mehman­
xananın əsas vəzifələrindən biri qonaqların və onların əmlaklarının 
təhlükəsizliyini təmin etməkdir.
Qonaqları oğrulardan, dələduzlardan, zorakılıqdan qorumaq 
məqsədilə mehmanxana sahibi və əməkdaşları qanun üzrə zəruri 
ehtiyat tədbirləri görməlidirlər. Qonağın oteldə yaşadığı müddətdə ona 
dəymiş ziyana görə mehmanxana məsuliyyət daşıyır. Mehmanxanada 
baş verən xoşagəlməz hadisələr (oğurluq, dələduzluq, zorakılıq və s.) 
ona nəinki maddi ziyan vurur, həmçinin nüfuzuna xələl gətirir.
Buna görə mehmanxananın təhlükəsizlik şöbəsi aşağıdakı 
problemlərlə məşğul olur:
’ Toreador (torero) (ispan-öküz) öküz döyüşünün iştirakçısı (korridolar).
86
87


- fövqəladə vəziyyət yaranarsa, buna cavab olaraq prosedurları 
işləyib hazırlamaq;
- nömrələrin gündəlik təhlükəsizliyini yoxlamaqla nömrələrin və 
digər obyektlərin açarlarını nəzarətə götürməklə, kilidlərə 
nəzarət etməklə əvvəlcədən oğurluğun qarşısını almaq;
- otelin binasına girən yollan nəzarətdə saxlamaq;
- mehmanxanada həyəcan-xəbərdarlıq (siqnalizasiya) sisteminin 
zəruriliyini təmin etmək;
- otelin ərazisini nəzarətdə saxlamaq;
- otelin bayır tərəfdən işıqlandırılması;
- telemonitor vasitəsilə müşahidə sistemi aparılmalıdır;
- mehmanxanada odadavamlı şkaflar və seyflər olmalıdır;
- məlumatların mühafizəsini və qorunmasını təmin etməlidir. 
Məlum olduğu kimi, profilaktika ən yaxşı müalicədir.
Fövqəladə vəziyyətlərə təhlükəsizlik xidməti adekvat reaksiya
verməyə borcludur. Terrorizmin geniş yayıldığı müasir cəmiyyətdə bu, 
çox mühüm amildir. Mehmanxanalarda cinayətlər çox vaxt 19.00 ilə 
gecə 05.00 arasında baş verir. Bu vaxtlar işçilər öz yerlərində, xüsusən 
mərtəbələrdə 

Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin