Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə41/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   98
Mehmanxana teserrufati

dəhliz-
holl), yaşayış və qeyri-yaşayış sahəsi, qonaqların qidalanması üçün 
nəzərdə tutulmuş obyektlər, ticarət-məişət xidməti, idman və əyləncə 
ilə məşğul olmaq üçün yerlər, biznes mərkəzləri, konfrans və 
simpoziumlar keçirmək üçün zallar və s.-dən ibarətdir,
Vestibül sahəsi məsuliyyətli yerdir. Burada qonaqlar qarşılanır 
və yola salınır.
Mehmanxananın yaşayış sahəsi qonaqların yataq nömrələrin­
dən və nömrələri lazımi sanitar-gigiyenik səviyyədə saxlamaq üçün 
əlavə otaqlardan ibarətdir.
Restoran, bar, kafe və digər yemək obyektlərində qonaqlar 
qidalanmaqla yanaşı, habelə əylənə və ünsiyyətdə ola bilərlər.
İdman zalı, üzgüçülük hovuzu, keqelban və s. qonaqların meh­
manxanada xoş istirahətini təmin edir.
Kino-konsert, banket, rəqs zalı qonaqların əylənmə yerləridir.
Konfrans zalı, biznes və bank əməliyyatları üçün nəzərdə 
tutulan otaqlar, sərgi salonları işgüzar adamların görüş yeridir.
Mehmanxananın texniki və məişət işçilərinin öz otaqları var.
9 8
Mehmanxanaya bitişik ərazi elə olmalıdır ki, personalı və qo­
naqları ətraf mühitin təsirlərindən (müxtəlif səs-küydən, avtomobillərin 
benzin tullantılarından və s.) qorusun.
Mehmanxananın 
reklamı 
cəlbedici, 
ətrafında 
qonaqların 
istirahəti üçün yerlər, avtomobillər üçün dayanacaq olmalıdır.
Mehmanxananın vestibülündə qonaqların qeydiyyatı, qəbulu 
aparılır, müxtəlif xidmətlər göstərilir.
Mehmanxanaların vestibülləri müxtəlif ölçüdə olur - bir yataq 
yeri hesabına 0,3 m2-dən 1,7 m2-dək. Adətən nüfuzlu, dəbdəbəli 
mehmanxanaların vestibülü böyük və geniş olur.
Plilləkən və lift bloku, asılqanlar (qarderob), şvetsarlar, yükdaşı­
yanlar və texniki-xidmət işçilərinin otaqları vestibül sahəsində yerləşir.
Mehmanxanaların yaşayış sahəsi hissəsinə dəhlizlər, qonaq 
otaqları, liftin qarşısındakı yer, mərtəbədəki personalın otaqları daxildir.
Çoxmərtəbəli mehmanxanaların yaşayış mərtəbəsi, müxtəlif 
planlı, o cümlədən bir və ya bir neçə dəhlizli ola bilər. Mehmanxanada 
nömrələr və dəhlizlər arasında ümumi sahənin bölünməsi müxtəlifdir. 
Nömrələrin payına 13-22 faiz ayrılır. Mehmanxananın nömrəsi çoxfunk- 

Yüklə

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin