iki nəfərlik nömrə (avtomobil dayanacağı daxil olmaqla)
Birmərtəbəli bina olduqda - 60-79 m2
İkimərtəbəli bina olduqda - 45-46 m2
Kem pinqlər - mətbəxi, özünəxidmət yeməkxanası,
ticarət
köşkləri, oyun meydançası, avtomobil dayanacağı və nəqliyyatın
yuyulması üçün nəzərdə tutulmuş meydançası olan kottec və ça
dırlardan ibarətdir. Kempinqlər turistlər üçün ucuz və kütləvi yerləş
dirmə müəssisəsidir. Kempinq üçün ayrılmış sahələr aşağıdakı
tələblərə cavab verməlidir: nəqliyyatın girişi üçün abad yol, sahənin
minimal enişliyi, küləkdən mühafizə üçün yaşıllıqların və ağacların
olması. Bir çox ölkələrdə standartlara
uyğun olaraq kempinqləri
sahəsinə və komfort səviyyəsinə görə dərəcələrə bölürlər. Bütün
kempinqlərdə (dərəcəsindən asılı olmayaraq) enerji, su və kanalizasiya
sistemlərinin olması vacib sayılır.
Kempinqlər əsas dörd dərəcəyə bölünür:
1. Tranzit kempinqlərdə minimum komfort olur və 48
saatdan
artıq qalmaq nəzərdə tutulmur.
2.
istirahət gününün kempinqləri adətən kənd yerlərində
yerləşir, fəal istirahət və idmanla məşğul olmaq üçün
nəzərdə tutulur.
3. Məzuniyyətdə olanlar üçün
nəzərdə tutulan kempinqlər
turistləri cəlb edən rayonlarda yerləşir (dəniz, çay, göl,
meşə və s.) və burada geniş məişət xidmətləri təklif olunur.
4. Turist kempinqləri turist zonalarında yerləşir və bu tip
yerləşdirmə
müəssisələri
arasında
yüksək komforta
malikdir.
Yerləşdirmə vahidi hesabı ilə (bir çadır və avtomobil) sahə
standartı Fransada 100, Almaniya və Niderlandda 120-150,
ABŞ-da
800 m2-dir.
Kempinqin 10 % ərazisi avtoturistlərin yerləşdirilməsi üçün
nəzərdə tutulmalıdır. Kempinqin optimal (münasib) yerləşdirmə imkanı
500-1500 nəfər arasında olur.
Hər bir kempinqin ərazisində 100 nəfər hesabı ilə rahatlıq və
şərait olmalıdır:
- hər bir yerləşdirmə vahidi 4 nəfərdən ibarət kottec və ya çadırdan
ibarətdir. Kempinqlərdən 100-150 metrdən uzaq olmayaraq
102
texniki-sanitar qovşaqları, 4 tualet, 4-5 əlüzyuyan, 2 duş, qabların
yuyulması üçün 2 qoşa tas (teşt), zibil yığmaq üçün 3 çən olur;
- paltarların yuyulması və ütülənməsi üçün otaq nəzərdə tutulur;
- kempinqlərin ərazisində idman və uşaqlar üçün oyun meydan
çaları yerləşir;
- bu ərazidə su təchizatı, kanalizasiya və çirkab suların təmiz
lənməsi sistemi olur.
Kurort mehmanxanaları inşa edilən zaman turistlər üçün abad
laşdırılmış çimərliklər və idman qurğuları tikilməlidir.
Burada yerlərin
sayı mehmanxanadakı yerlərin sayına uyğun olmalıdır. Üzgüçülük
hovuzu 250 m2 olmalı, istilik qurğusu ilə təmin edilməlidir.
Yüklə
Dostları ilə paylaş: