Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Səhər yem əklərinin növləri və xidm ət metodları


səhifə47/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   98
Mehmanxana teserrufati

Səhər yem əklərinin növləri və xidm ət metodları
Mehmanxananın restoran və kafelərində adətən qonaqlara 
yeməklərin bir neçə şəraiti təklif olunur:
Tam pension - «Full Board» (FB) - gündə 3 dəfə yemək, səhər 
yeməyi, nahar və ya şam yeməyi;
Yarımpansion - «Half Board» (HB) - gündə iki dəfə yemək, 
səhər yeməyi, nahar və ya şam yeməyi;
Yalnız səhər yem əyi - Bed and Brekfast (B.B.) - gündə bir 
dəfə səhər yeməyi.
Klub-istirahət sistemi üzrə işləyən otellərdə qonaqlara xüsusi 
yemək şəraiti təşkil olunur. Gündə 3 dəfə yeməkdən əlavə qonağa gün 
ərzində pulsuz qəlyanaltılar, spirtli və digər içkilər təklif olunur (All 
inclusive - bütün xidmətlər otelin qiymətinə daxildir). Mehmanxanada 
səhər yeməklərinin süfrə düzümünə xüsusi diqqət verilir.
Mehmanxanada yaşayan qonaqların günü səhər yeməyi ilə 
başlanır və bu onun ovqatına və ümumi təəssüratına təsir göstərir. 
Mehmanxanada yaşayan qonaqlar, nahar və şam yeməyindən fərqli 
olaraq, səhər yeməyində daha çox iştirak edirlər. Restoran zalı təmiz
115


və səliqəli olmalı, ofisiantlar gümrah və fəal görünməli, ardıcıl və 
fasiləsiz xidmət göstərməlidirlər.
Səhər yeməklərinin müxtəlif növləri mövcuddur.
Kontinental səhər yeməyi (Continental breakfast) - Arvopa 
qitəsində qəbul olunmuş bu növ səhər yeməyinə qəhvə, çay və isti 
şokolad, qənd, qaymaq (süd), limon, iki növ povidla, cem və ya bal, 
müxtəlif çörək-bulka məmulatı, yağ daxildir.
Bazar günlərində soyuq yumurta əlavə edilir. Bir çox Avropa 
ölkələrinin 
mehmanxanalarında 
bu 
növ 
səhər yeməyi 
otelin 
qiymətlərinə daxil edilir.
Çeşidi geniş olan səhər yeməyi - bu növ səhər yeməyi 
Avropada 60-cı illərin ortasından yayılmışdır. Kontinental səhər 
yeməyinə daxil olan menyudan əlavə qonaqlara müxtəlif meyvə şirələri 
(tomat, portağal və s.), pendir, kolbasa, qayğanaq, yoğurt, kəsmik və 
s. təklif olunur. Qonaqlara bufet servisi və ya ofisiant xidmət göstərir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin