Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə55/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   98
Mehmanxana teserrufati

Planlaşdırma. İki cür planlaşdırma mövcuddur: qısamüddətli və 
ya taktiki, uzunmüddətli və ya strateji. Qısamüddətli (taktiki) planlaş­
dırma bir ilə qədər müddətə tərtib olunur. Uzunmüddətli (strateji) plan­
laşdırma məqsədə nail olmaq üçün müəssisənin siyasət və stra­
tegiyasını göstərən bir prosesdir. Strateji planlaşdırma beş və ya daha
FƏSİL 12
133


çox müddətə qabaqcadan tərtib olunur. Mehmanxana sənayesində 
strateji planlaşdırma şirkətin modifikasiyasını (şəklini dəyişdirmək) və 
ya konsepsiyasını dəyişmək məsələlərini qoyur. Strateji planlaşdırma, 
həmçinin beynəlxalq bazara çıxmaq üçün imkanları qiymətləndirir və 
alternativ inkişafı nəzərdə tutur.
Mehmanxana sənayesində fəaliyyət göstərən şirkətlər, uzun­
müddətli planlaşdırma tərtib edərkən ehtiyat vasitələrini, maliyyə im ­
kanlarını nəzərə alıb müəssisənin yeniləşdirilməsi, fransız strukturları 
ilə aparılan əməliyyatlara və digər aspektlərə toxunurlar.
Yüksək vəzifəli rəhbərlər müəssisənin təşkilatı məsələləri, stra­
teji məqsədləri və korporativ siyasəti ilə məşğuldurlar.
Taktiki planları müəssisədə aşağı vəzifəli işçilər həyata keçirir.
Operativ planlar mərhələlərlə yerinə yetirilir. Təşkilatı plan­
laşdırma yeddi mərhələni əhatə edir:
1. 
Məqsəd və vəzifələrin qoyuluşu. Bu, planlaşdırmada ilk 
mərhələdir. O, müəssisənin fəaliyyətinin gözlənilən nəticə­
lərini müəyyən edir. Məqsəd perspektivli, vəzifə konkret 
olmalıdır.
2. Marketinq mühitini qiymətləndirmək və təhlil etmək. Şirkətə 
təsir edən iqtisadi, siyasi və sosial amilləri təhlil etmək.
3. Alternativ yolları müəyyənləşdirliməli, məqsədə nail olmaq 
üçün müxtəlif üsullar təhlil edilməli və onlardan birini 
rəhbərlik öz fəaliyyətində istifadə etməlidir.
4. Alternativ variantlara qiymət verərək məqsədə çatmaq 
üçün onların üstün və çatışmayan cəhətlərinin siyahısını 
tutmaq lazımdır.
5. Məqsədə çatmaq üçün optimal yollardan birini seçmək.
6. Planın həyata keçirilməsində optimal variantı seçən mene­
cer işçinin hansı müddətə nə etdiyini, hansı vəsaitlər tələb 
olunduğunu, nə qədər mənfəət gözlənildiyini və bu mənfə­
ətin hansı qiymətlər hesabına əldə olunmasını, müxtəlif 
hesabatların tərtib edilməsini və sö məsələləri həll etmə­
lidir.
7. İşin nəzarəti və qiymətləndirilməsi.
Planın həyata keçirilməsini bitmiş hesab edərkən müəssisə 
gözlənilən nəticələrin plana uyğun olmasını görməlidir.
134
Fəaliyyətin təşkili. Müəssisənin rolu, məqsədi, vəzifələri və 
planları müəyyənləşəndən sonra bunları yerinə yetirmək üçün müəs­
sisə işini təşkil etməlidir.
işi təşkil etmək və məqsədə çatmaq üçün müəssisə vəsaitlərini, 
imkanlarını bölüşdürməli və istiqamətləndirməlidir.
Bir çox müəssisələr iki təşkilati struktura malikdir: formal və 
qeyri-formal.

Yüklə

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin