Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə60/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   98
Mehmanxana teserrufati

İdarəetmənin üslubu - Üslub (stil) sözü yunan mənşəlidir, ilk 
zamanlar mum lövhədə yazmaq üçün mil mənasını verirdi. Sonralar 
bu, dəst-xətt mənasını kəsb edir. Deməli, menecerin rəhbərlik üslubu 
onun dəst-xətti 
anlayışını verir.
Rəhbərliyin üslub və üsulu müəyyən mənada vahiddir. Üslub 
(stil) rəhbərliyin üsullarının həyata keçməsinin formalarını göstərir. Hər 
bir üsulun həyata keçməsi üçün konkret keyfiyyətlərə malik olan 
şəxsiyyətlərə ehtiyacı var. Özünəməxsus rəhbərlik üslubu olan 
menecer öz fəaliyyətində, idarəetmədə müxtəlif üsullardan istifadə edə 
bilər (iqtisadi, təşkilati-inzibati, sosial-psixoloji).
Deməli, rəhbərlik üslubu fərdi xarakter daşıyır. İki barmaq izi 
eyni olmadığı kimi, eyni üslubla rəhbərlik edən iki menecer də yoxdur. 
Eyni zamanda, ideal üslubla rəhbərlik edən menecer mövcud deyil. 
Menecerin rəhbərlik üslubu tək onun şəxsiyyəti ilə deyil, həm də 
müəyyən şəraitdən asılı ola bilər.
Menecerin qarşısına qoyduğu vəzifələr üslub seçimini təyin edir.
İdarə etm ək - menecer tabeliyindəkilərə dəqiq göstərişlər verir 
və tapşırıqların vicdanla yerinə yetirilməsinə nəzarət edir;
İstiqam ət vermək - menecer idarə və tapşırıqların yerinə yetiril­
məsinə nəzarət etməklə yanaşı, əməkdaşlarla qərarları müzakirə edir, 
onların təkliflərini dinləyir, təşəbbüslərini dəstəkləyir.
Dəstəkləmək - menecer əməkdaşlarına tapşırıqları yerinə yetir­
məkdə kömək edir, düzgün qərarların qəbulunda məsuliyyəti onlarla 
bölüşdürür.
141


Səlahiyyət vermək - menecer icraçıya səlahiyyətinin bir hissə­
sini verir, qəbul olunan xüsusi qərarların məsuliyyətini onun üzərinə 
qoyur.
İlk dəfə rəhbərliyin üslub məsələsini K.Levin avtoritar, dem ok­
ratik və liberal üslublara ayırmışdır."
1. Rəhbərliyin avtoritar üslubuna görə ixtiyar bir rəhbərin 
səlahiyyətindədir və bütün işlər barədə yalnız ona məlumat verməyi 
tələb edir. Bu üsluba inzibatçılıq və tabeçilikdə olanlarla məhdud 
əlaqələr məxsusdur. Bu tip menecer təkbaşına qərarlar qəbul edir və 
tabeliyində olanlara təşəbbüs göstərməyə imkan vermir. O, hərəkət­
lərində qətidir, insanlarla münasibətdə kəskindir, həmişə nə isə əmr, 
sərəncam verir və heç zaman xahiş etmir. Xülasə, onun idarəetmə 
fəaliyyətinin məzmunu əsasən əmr və komanda verməkdən ibarətdir.
Avtokrat rəhbərin təfəkküründə ehkamçılıq və stereotip səciy­
yəvidir. Avtokrat hər hansı bir yeniliyə ehtiyatla yanaşır və idarəetmə 
işində enyi üsullardan istifadə edir. Rəhbər tabeliyindəki olan işçilərdən 
səviyyə cəhətdən aşağı olanda avtokratlıq özünü göstərir.
Rəhbərliyin avtokrat idarəetmə üslubu işçilərdə təşəbbüskarlığa 
həvəsi məhv edir, işin təşkilinə və səmərəsinə mane olur.
Avtokrat rəhbər onun idarəetmə üslubuna uyğunlaşa bilməyən 
işçilərə «Biz səninlə işləyə bilməyəcəyik» ifadəsini təkrarlamağı 
xoşlayır. Belə bir şəraitdə işçi gördüyü işdən zövq ala bilmir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin