Maddə 8. Müqavilənin pozulması Müqavilə üzrə vəzifələrin ciddi və ya təkrarlanan pozulmaları
zərərçəkən tərəfin müqaviləni qabaqcadan bildiriş etmədən dərhal
dayandırmasına hüquq verir.
II HİSSƏ DİGƏR VƏZİFƏLƏR Maddə 1. Mehmanxana sahibinin məsuliyyəti Mehmanxana sahibinin hüquqi məsulliyyəti dövlət qanun
vericiliyi tərəfindən müəyyən olunur.
Dövlət qanunvericiliyində müvafiq nizamnamələrin və ya
əsasnamələrin olmadığı halda Avropa Konvensiyasının 17 dekabr
1962-ci ildə qəbul edilmiş əsasnaməsi tətbiq olunmalıdır.
Mehmanxana sahibinin və ya onun işçilərinin günahı aşkar
olunduğu hallar istisna olmaqla, mehmanxanada qalan qonağa
məxsus əşyalara görə məsuliyyət, adətən, məhdud xarakter daşıyır.
Mehmanxananın qiymətli əşyaları qəbul etmə vəzifəsi həmin
mehmanxananın ölçüsündən və dərəcəsindən asılıdır.
Qonağı vaxtında məlumatlandırmaqla qiymətli əşyalara görə
məsuliyyəti məntiqi şəkildə məhdudlaşdırmaq mümkündür.
Mehmanxana sahibi qonaqların avtomaşınlarına və onların
içindəkilərə görə məsuliyyət daşımır.
Maddə 2. Qonağın/müştərinin məsuliyyəti Qonaq (müştəri) şəxslərə, binaya, dekorasiyaya və avadanlığa
vurduğu hər hansı zərərə görə mehmanxana sahibi qarşısında hüquqi
məsuliyyət daşıyır.
Maddə 3. Qonağa məxsus əmlakın saxlanılması Mehmanxanaya ödənilməli hər hansı məbləğin ödəniş təminatı
kimi o, qonağın mehmanxanaya gətirdiyi istənilən əmlakı saxlamaq və
gələcəkdə ticarət qiymətinə uyğun olaraq satmaq hüququna malikdir.
I86
Maddə 4. Qonağın davranışı Qonaq mehmanxanada qəbul olnmuş adət və daxili nizam
qaydalarına uyğun davranmalıdır.
Daxili nizam qaydalarının ciddi və ya təkrarlanan pozuntusu
mehmanxanaya müqaviləni qabaqcadan xəbərdarlıq etmədən dərhal
ləğv etməsinə hüquq verir.
Maddə 5. Ev heyvanları Qonaq mehmanxanaya özü ilə birgə ev heyvanlarını gətirmək
arzusunda olduğu zaman o buna həmin mehmanxananın daxili nizam
qaydaları tərəfindən icazə verilməsinə qabaqcadan əmin olmalıdır.