Maddə 6. Nömrələrin tutulması və azad edilməsi
Başqa cür nəzərdə tutulmadığı halda qonaq üçün sifariş
olunmuş nömrə(lər) saat 14.00 üçün, mehmanxanadan çıxan
qonaqların nömrələri isə saat 12.00 üçün hazır olmalıdır.
187
Əlavə 3
MEHMANXANA VƏ DAŞIYICI ARASINDA BAĞLANAN
RAZILAŞMA (SAZİŞ) VƏ STANDART MÜQAVİLƏ
Beynəlxalq Mehmanxana Assosiasiyası (BMA) və Yol Nəqliyyatı
iştirakçılarının Beynəlxalq ittifaqı (YNİBİ) tərəfindən
1994-cü ildə qəbul olunmuşdur
(Çıxarış)
Maddə 1
1.
BMA və YNİBİ üzvlərinin nəzərinə aşağıdakı məqsədlərlə
standart yerləşdirmə qaydaları ilə (sonralar «standart kontrakt»)
birgə standart kontraktlar təqdim edəcəklər:
•
daxili, habelə beynəlxalq səviyyədə mehmanxanalarla daşıma
müəssisələri arasında müqavilə münasibətlərinin təkmilləş-
dirilməsində köməklik məqsədilə;
•
mehmanxanalarda
yerləşdirmə
ilə
avtobus
turlarının
yaranmasına köməklik;
•
mehmanxana sahibkarlarının bilavasitə müştərilərə təqdim
olunan xidmətlər səviyyəsiylə müqayisədə avtobus turlarını
alan şəxslər üçün bu xidmətlərin eyni səviyyəsinin təqdim
edilməsi.
2. Standart müqavilələrin tətbiq edilməsi daşıma müəssisələri və
mehmanxanalar tərəfindən könüllüdür. Müqavilələrin şərtləri
tərəflərin standart müqavilə formasını imzaladıqları andan tətbiq
edilməlidir.
Maddə 2
1.
BMA və YNİBİ bərabər saylı nümayəndələrindən ibarət hazırkı
razılaşmanın (sazişin) və standart müqavilələrin düzgün tətbiq
edilməsinə nəzarət və hər iki təşkilatın müvafiq səlahiyyətli
orqanlarına məlumatların təqdim edilməsi kimi vəzifə borcları olan
birgə BMA/YNİBİ komissiyası yaradacaqlar. Tərəflərin ehtiyac
larına müvafiq olaraq standart müqavilələrə müxtəlif düzəliş və
dəyişikliklər əlavə edilməsi barədə bu komissiya qeyd olunan
orqanların müzakirəsinə təkliflər irəli sürə bilər. Habelə bu
188
komissiyaya standart müqavilələrin müddəalarının şərh edilməsi
və Mehmanxanalarda Yerləşdirmə haqqında Standart Qaydalarda
qeyd olunan müvafiq funksiyaların yerinə yetirilməsi hüququ verilir.
2. Birləşmiş komissiya müqavilənin tərəflərinin hər hansı birinin
tələbiylə, birgə qərar nəticəsində seçilmiş yerdə toplanacaq.
Komissiyanın sədri növbəliklə BMA və YNİBİ nümayəndələrindən
olacaq.
3.
Komissiyanın bütün qərarları yekdilliklə qəbul edilməlidir.
Maddə 3
1.
Hazırkı razılaşma (saziş) 2 il müddətinə bağlanılır. Razılaşmanın
müddətinin bitdiyi ilə əlaqədar olaraq hər hansı bir tərəf onun
pozulması haqqında arzu irəli sürməzsə, o, növbəti 2 il müddətinə
avtomatik olaraq uzadılacaq; bu kimi arzu haqqında bildiriş yazılı
şəkildə razılaşmanın (sazişin) müddətinin bitməsinə ən azı 6 ay
qalmış qeyd olunmalıdır.
2. Razılaşmanın (sazişin) pozulduğu halda daşıma müəssisələri və
mehmanxanalar arasında yaranmış standart müqavilələrə əsasən
mübahisələrin həlli məqsədilə 2-ci maddənin müddəaları qüvvədə
qalır.
Maddə 4
1.
Hazırkı razılaşma (saziş) və standart müqavilələr iki nüsxədə -
ingilis və fransız dillərində təqdim edilmişdir: hər tərəf bir nüsxə
almışdır.
2.
Tərcümə olunarkən yarana bilən yanlışlıq nəticəsində hər hansı
anlaşılmazlığa yol verilməməsi məqsədilə qərara alınmışdır ki,
fransız variantı orijinal kimi qəbul olunsun.
BMA-nın prezidenti
YNİBİ-nin prezidenti
189
Yüklə Dostları ilə paylaş: |