IV. Mehmanxana sahibinin hüquqları 1.
Ləğv edilməmiş sifarişi müəssisə zəmanət qismində qiymətləndirə
bilər.
2. Qrupun üzvlərinin sayı 15 nəfərdən az olduğu halda müəssisə
onlara qarşı fərdi müştərilərə tətbiq edilən tarifləri istifadə etmə
hüququna malikdir.
3.
Kontraktın müddəalarına əsasən daşıyıcı tərəfindən sifarişin
haqqının ödənilməsi nəzərdə tutulubsa və bu halda qrupun gəlmə
sinin son anına kimi ödəniş olmayıbsa, müəssisə qrupu qəbul
etməkdən imtina edə bilər.
Nəzərdə tutulmuş məbləğin ödənişini aldıqdan sonra 72 saat
ərzində müəssisə daşıyıcının məlumatlandırılmasını öhdəsinə
götürür.
4.
Müəyyən edilmiş müddət ərzində hesabların ödənilməməsi halın
da müəssisə hazırkı kontraktda nəzərdə tutulmuş ölçüdə borcun
məbləğinə cərimə (faiz, peni) tələb etmək, hətta gələcək qruplar
üçün əvvəlcədən tam ödənmə tələb etmək və ya kontraktı pozmaq
hüququna malikdir.
V. Müəssisənin öhdəlikləri 1.
Kontraktın müddəalarına müvafiq olaraq müəssisə mehmanxana
xidmətlərini əvvəlcədən sifarişləmək və təmin etmək öhdəliyini
götürür.
2.
Sərnişinlər və ekipaj müəssisə tərəfindən eyni şərtlərlə xidmət
olunan yalnız bilavasitə ödəniş aparan müştərilərə göstərilən xid
mət keyfiyyətilə təmin olunmalıdır. Əgər kontrakta əsasən xüsusi
xidmətlər nəzərdə tutulubsa, müvafiq tədbirlər görülməlidir.
192
3.
Hər 15 nəfərdən ibarət qrupda bir sürücüyə və bir ödənişsiz
bələdçiyə sərnişinlərə göstərilən eyni xidmətlərdən və bərabər
səviyyəli yemək və mehmanxanada yerləşdirmə xidmətləri pulsuz
göstərilməlidir, əgər kontraktda dəqiq müəyyən olunmayıbsa, bu
şəxslər əlavə müştəri yerləşdirmək şərtilə ikinəfərlik otaqda və ya
mehmanxananın
öz
qərarına
müvafiq
birnəfədik
otaqda
yerləşdirilməlidir.
4.
Müəssisə tərəfindən tətbiq edilən tarif dərəcələrini öz hesabına
yaxınlıqda yerləşən bərabər səviyyəli mehmanxanada və ya
restoranda göstərməlidir, bununla belə, xidmətlərin qiymətlərində
mövcud olan fərqi müəssisə öz tərəfindən ödəməlidir. Bundan
əlavə,
müştərilərin
göstərilən
mehmanxanaya/restorana
daşınmasının, habelə sərnişinlərin və ekipajın öz ailələrini və
ya/yaxud müəssisələrinin baş vermiş dəyişikliklər barədə
məlumatlandırılması üçün telefon danışıqları, telefaks xidmətləri
xərclərini də müəssisə ödəməlidir.
5.
Daşıyıcı tərəfindən qrupun gəlməsinin gözlənilmədən yubanması
barədə məlumat (bəyannamə) verildikdə və əgər müəssisə bu
bəyannaməni qəbul edirsə, o, qrupun gəlişini gözləməli, sifariş
edilmiş otaqları və xidmətləri göstərməyə hazır olmalıdır.
VI. Daşıyıcının hüquqları
1. Daşıyıcı bütün qeyd olunmuş (şərtlənmiş) xidmətləri almaq
hüququna malikdir.
2. Müəssisə 5-8-ci paraqraflarda nəzərdə tutulmuş hüquqlarını tədbiq
edərsə, daşıyıcı ondan sifariş olunmuş xidmətlərin razılaşdırılmış
qiymətlə digər müştəriyə satılması mümkün olmadığı haqqında
sübut tələb edə bilər.
3. Daşıyıcı ilə sərnişin arasında olan müqavilə münasibətlərinə
əsasən, xüsusən bu münasibətlər istehlakçının hüquqlarının və ya
yerləşdirilməklə daşınma qaydalarının pozulmasına toxunarsa,
daşıyıcı müəssisənin əməllərindən irəli gələn və onun işində
ortaya çıxmış nöqsanlara görə sərnişinlərə kompensasiya vermək
məcburiyyətilə üzləşsə, bu halda o, yuxarıda qeyd olunan xərclərin
müəssisə tərəfindən tam ödənilməsi hüququnu qazanır.
193