Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


səhifə87/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   98
Mehmanxana teserrufati

Maddə 11. Qiymətlər
Mehmanxana sahibi, müqavilədə başqa cür şərtləşdirilmədiyi 
halda, ödənişləri öz ölkəsində dövriyyədə olan pul vahidi ilə 
müqavilədə göstərilmiş qiymətlərə uyğun olaraq qəbul edəcəkdir. 
Buna baxmayaraq, uzunmüddətli müqavilələrdə qiymətlərin təshih 
edilməsi haqqında müddəalar əlavə oluna bilər.
Maddə 12. İlkin ödəmə
a. Mehmanxana sahibi bronlama üçün ödəmə və yaxud sifarişin 
qəbul edilməsi şərti kimi avans (girov) ödənişini tələb edə bilər. 
Mehmanxana sahibi girov şəklində avans ödənilməsini tələb etdiyi 
halda o bunu ayrıca olaraq qabaqcadan şərtləşdirməlidir. Bronlama 
haqqı son haqq-hesab zamanı yekun ödəniş məbləğindən çıxılacaqdır, 
lakin gecikdirilmiş imtina hallarında o qaytarılmayacaqdır.
I99


b. Sifarişin mehmanxananın yazılı nizamnaməsi və ya bu sahədə 
ümumi qəbul olunmuş normalara uyğun olaraq ləğv olunduğu hallar istisna 
olmaqla, hər hansı avans girov hesab edilə bilər. Mehmanxana sahibi avans 
məbləğinin ödənilməsini tələb edərsə, mehmanxana müqaviləsi bu 
məbləğin tam ödənişindən sonra və yaxud ödənişin yerinə yetirilməsini 
sübut edən dəlillər təqdim olunduqdan sonra qəti olaraq bağlanmış hesab 
edilə bilər.
c. Mehmanxana sahibi avans ödənişinin alınmasını 72 saat 
ərzində təsdiqləməlidir.
Maddə 13. Mehmanxana sahibinə ödənilm əli m əbləğlər
a) Turizm agentliyinin haqqını ödədiyi xidmətlər mehmanxanaya 
göndərilən bronlama haqqında sənəddə göstərilməlidir.
b) Müqaviləyə görə, hesabların birbaşa olaraq müştəri 
tərəfindən ödənilməsi nəzərdə tutulan hallar istisna olmaqla, meh­
manxana 
müqaviləsini imzalayan turizm agentliyi qabaqcadan 
şərtləşdirilmiş bütün xidmətlərə görə haqların ödənilməsini təmin 
etməlidir.
c) Uzunmüddətli qalma halında turizm agentliyi müqavilə 
şərtlərinə uyğun olaraq bütün bu müddət ərzində göstərilən xidmətlərin 
haqqının mehmanxanaya ödənilməsini təmin edəcəkdir.
d) Mehmanxana xidmətlərinin birbaşa olaraq müştəri tərəfindən 
ödənildiyi hallarda mehmanxana sahibi şərtləşdirilmiş xidmətlərə görə 
turizm agentliyinə çatacaq komisyon haqların ödənilməsinə zəmanət 
verir.
e) Bu cür birbaşa haqq-hesab ödəmələrində mehmanxana 
sahibi öz rəyinə əsasən ödəniş üçün yalnız kredit kartlarını qəbul 
etmək hüququna malikdir.

Yüklə

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin