Dərs vəsaiti «Mehmanxana təsərrüfatı»


Maddə 14. Kom isyon ödəmələri barədə tam təsəvvür


səhifə88/98
tarix19.11.2023
ölçüsü
#133252
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   98
Mehmanxana teserrufati

Maddə 14. Kom isyon ödəmələri barədə tam təsəvvür
Mehmanxana sahibinin komisyon haqqını ödəyib-ödəməməsi və 
əgər ödəməlidirsə, bunu hansı şərtlərə əsasən yerinə yetirməsi barədə 
mehmanxananın siyasəti açıq-aydın ifadə olunmalı və turizm agentliyi 
ilə qabaqcadan və ya təsdiqlənmənin göndərildiyi vaxtla bərabər 
olaraq razılaşdırılmalıdır.
Komisyon ödəmələri haqqında siyasətin başa düşülməsinə 
birbaşa aidiyyəti olan məlumata adətən aşağıdakılar daxildir:
200
a) Komisyon haqqı ödənilir və ya ödənilmir; hansı xidmətlərə
görə.
b) Komisyon haqqının məbləği.
c) 
Mehmanxana 
ilə razılaşdırılmaqla, 
qalma müddətinin 
uzadılmasına görə komisyon haqqı 
ödənilirmi və yaxud turizm 
agentliyinin ödənişə görə zəmanət verməsi şərti ilə müştəri tərəfindən 
mehmanxanada qaldığı müddətdə gələcək bronlama etməsinə görə 
komisyon haqqı ödənilirmi?
Maddə 15. Ləğvetmə
a) Gecikdirilmiş ləğvetmə haqqında kompensasiya məbləğini 
qabaqcadan şərtləşdirməklə mehmanxana müqaviləsinin tam və ya 
qismən ləğvinin şərtləri və müddətləri təsdiqləmə göndərildiyi zaman 
razılaşdırılmalıdır. Mehmanxana sahibi müvafiq müddətləri göstər­
məklə ləğvetmə qaydasını açıq-aydın izah etməlidir.
Müştəri müqavilənin təsbit edilmiş ləğvolma qaydası barədə 
xəbərdar olunmalıdır.
b) Ləğv haqqında bütün bildirişlər tarixlənməli və yazılı surətdə 
(sifariş məktubu, nömrəli teleks, faks) göndərilməlidir. Ləğvetmə şifahi 
bildiriş etməklə qüvvəyə mindiyi halda bunun haqqında yazılı 
təsdiqləmədə dəqiq qeyd aparılmalıdır. Şifahi məlumata istinadla meh­
manxanadan alınmış istənilən yazılı sənədlə turizm agentliyi gələcəkdə 
yazılı təsdiqləmə göndərməsi zərurətindən azad edilir.
Lazım olan halda mehmanxana ləğvetməyə dair göndəriş 
nömrələrini verməklə turizm agentliyini ləğvetmə barədə yazılı bildiriş 
göndərməsi məcburiyyətindən azad edir.
c) Xüsusi tədbirlərə gələnlər üçün (məsələn, böyük qurultaylar
seminarlar, sərgilər və s.) yazılı şəkildə ayrıca müqavilələrin tərtib 
olunması tələb oluna bilər.
Qrup - bu, birgə olaraq gələn və çıxan ən azı 15 nəfərdən ibarət 
adam təşkil edir və turizm agentliyi və mehmanxana sahibi üçün ayrıca 
vahid kimi qəbul edilir.
Mehmanxana sahibinin qrup halında təsdiqləməsi hər bir nəfər 
üçün eyni şərtlərin olmasını, tam məbləğ üçün hesabın isə hamı üçün 
bir vahid təşkil edəcəyini nəzərdə tutur.
Bronlamadan sonra gələn qonaqların sayı azalarsa və qrup 15 
nəfərdən az təşkil edərsə, mehmanxana sahibi sorğu edərək turizm
201


agentliyindən bu miqdarda olan gələnləri qrup kimi nəzərdə tutub- 
tutmamasını müəyyənləşdirməlidir.
d) Bu mövzuda xüsusi razılaşmanın mövcud olmadığı təqdirdə 
turizm agentliyi qrupu bronlamadan imtina edə və aşağıdakı qaydalara 
uyğun olaraq kompensasiya ödəməyə bilər.
1. 
Bütün qrupu bronlamadan imtina olunması - gəlmədən ən 
azı 30 gün əvvəl.
Mehmanxana nömrələrinin 30%-ni tutacaq qrupun gəlməsi 
bronlaşdırılan zaman mehmanxana sahibi turizm agentliyini qrupun 
gəlməsinə 60-dan 30 günə qədər qalmış yazılı xəbərdarlıq edərək 
turizm agentliyinin qalmaq üçün zəmanət vermədiyi nömrələri öz 
sərəncamında saxlaması barədə xəbərdar edəcək; turizm agentliyi 
bronlanmış bütün nömrələrin tutulmasına zəmanət verdiyi halda imtina 
hüququ (bax; yuxarıda) ləğv olunur.
2. 
İlkin bronlamanın 50%-dən çox olmayan hissəsinin ləğv 
olunması - gəlməyə 21 gündən az qalmamış.
3. 
ilkin bronlamanın 25%-dən çox olmayan hissəsinin ləğv 
olunması - gəlməyə 14 gündən az qalmamış.
e) Mehmanxana sahibi nömrəni (digər qonağı tapmaqla) ve­
rərək öz itkilərinin əvəzini almadığı halda yuxarıda göstərilən 
müddətlərdən gec qəbul olunan imtinalar mehmanxanaya ödəmə tələb 
etmə 
hüququ 
qazandırır. 
Mehmanxana 
sahibindən 
nömrənin 
tutulmamış qalması barədə sübutlar tələb oluna bilər.
1. 
Qabaqcadan şərtləşdirilmiş məbləğdə.
2. 
Bu cür razılaşmanın olmadığı halda - bronlaşdırılmış 
xidmətlərin qiymətinin 2/3 həcmində (lakin hər bir ləğv 
olunmuş 
qonağın 
birgecəlik 
qalma 
qiymətindən 
az 
olmayaraq).
3. 
Gəlməyə 3 gün (72 saat) qalmış müddətdə olunan imtina 
halında - sifariş qiymətinin 3/4 məbləğində.
f) Erkən çıxmanın/istifadə etməmənin sifariş edilmiş xidmətlərin 
mehmanxana sahibi tərəfindən təmin olunmadığı hallar istisna ol­
maqla, erkən çıxma və ya sifariş edilmiş xidmətlərdən istifadə olun­
maması halında turizm agentliyi mehmanxana sahibinin çəkdiyi faktiki 
itkilərin əvəzini ona ödəməlidir. Avans məbləği hesabda təqdim olunan
məbləği tam ödəmədiyi halda mehmanxana sahibi çatışmayan 
məbləği bilavasitə müştəridən almaq hüququna malikdir.
Bu əsasnamələr mehmanxananın turizm agentliyi vasitəsilə 
gəlməyən qonaqlara aid olaraq irəli sürdüyü eyni siyasətin mövcud 
olduğu hallarda tətbiq olunur.

Yüklə

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin